2 may 2025 - 06:25
Səudiyyə vəhhabi rejiminin artilleriyası Yəmənin bir bölgəsinə hücum etdi

Xəbər mənbələri Səudiyyə vəhhabi rejim artilleriyasının Yəmənin şimalında yerləşən Saada vilayətində bir bölgəyə hücum etdiyini bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Səudiyyə vəhhbai rejimi ağaları ABŞ və İngiltərənin yardımına gələrək, artilleriya ilə Yəmənin Səada əyalətində yerləşən Əl-Zahir şəhərindəki "Qafra" bölgəsini hədəfə alıb. Hücum zamanı mümkün itkilər barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, ötən ay Səudiyyə vəhhabi ünsürləri Yəmənin şimalında yerləşən Saada əyalətinin sərhəd şəhəri Şadadakı əraziləri də hədəfə alıb.

Səudiyyə vəhhabi ünsürlərinin Səada vilayətinə bu hücumu Amerika döyüş təyyarələrinin də son günlər çoxsaylı hücumlarla Yəməni hədəf aldığı bir vaxta təsadüf edir.

ABŞ sionist rejimə dəstək və Yəmənin faşist İsrail rejiminə qarşı tətbiq etdiyi dəniz blokadasını yarmaq cəhdi ilə Yəmənin mülki vətəndaşlarına qarşı hücumlar həyata keçirir. Hərbi təcavüzlər zamanı indiyədək onlarla yəmənli şəhid olmuş və yaralanmışdır.

Bu hücumlara baxmayaraq, Yəmən silahlı qüvvələri Qəzzə zolağında müqavimətə və Fələstin xalqına dəstək verməkdə davam edir və unikal əməliyyatlar həyata keçirməklə Fələstini işğal etmiş yəhudi faşistlərinin mərkəzlərini, sionist faşist rejiminə bağlı gəmiləri, Qırmızı dəniz və Hind okeanında Amerika, İngiltərə hərbi və ticarət gəmilərini hədəfə alıb və bir neçə müasir və modern Amerika pilotsuz təyyarə və F-18 qırıcılarını darmadağın ediblər.

Sizin rəyiniz

You are replying to: .
captcha