2 may 2025 - 05:17
20-dən çox Afrika ölkələrinin fəallarının iştirakı ilə keçirilən Əhli-Beyt (ə) Media Ravilərinin Üçüncü Beynəlxalq Konfransı

Əhli-Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyinin (ABNA) təşəbbüsü ilə keçirilən toplantıda Əhli-Beyt (əleyhimus səlam) Ümumdünya Assambleyasının baş katibi Ayətullah Rza Ramazani, Kiberməkanın Ali Şurasının katibi və ölkənin Milli Kiberməkan Mərkəzinin rəhbəri Dr. Seyid Məhəmməd Əmin Ağamiri, Qum vilayətinin Mədəniyyət və İslami İrşad üzrə yeni baş direktoru Məhəmməd Rza Suqəndi və Əhli-Beyt (ə) Ümumdünya Assambleyasının digər əlaqədar qurumlarının bir qrup müavinləri və direktorları, eləcə də Afrika qitəsindən olan professorlar, xüsusi qonaqlar kimi iştirak etdilər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Kəramət Ongünlüyünün mübarək günlərinə təsadüf edən “Əhli-Beyt (ə) Mediasının Raviləri”nin üçüncü beynəlxalq konfransı bu cümə axşamı, səhəri, 01 may 2025 tarixdə, Qum şəhərində, Əhli-Beyt (ə) Ümumdünya Assambleya zalında, İrandan olan fəallar və afrikalı ziyalıların iştirakı ilə keçirildi.

Əhli-Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyinin (ABNA) təşəbbüsü ilə keçirilən toplantıda Əhli-Beyt (əleyhimus səlam) Ümumdünya Assambleyasının baş katibi Ayətullah Rza Ramazani, Kiberməkanın Ali Şurasının katibi və ölkənin Milli Kiberməkan Mərkəzinin rəhbəri Dr. Seyid Məhəmməd Əmin Ağamiri, Qum vilayətinin Mədəniyyət və İslami İrşad üzrə yeni baş direktoru Məhəmməd Rza Suqəndi və Əhli-Beyt (ə) Ümumdünya Assambleyasının digər əlaqədar qurumlarının bir qrup müavinləri və direktorları, eləcə də Afrika qitəsindən olan professorlar, xüsusi qonaqlar kimi iştirak etdilər.

Bu mərasimin əvvəlində Əhli-Beyt (ə) Xəbər Agentliyinin (ABNA) suahili və hausa dilində fəaliyyət göstərən internet saytlarının redaktorları qonaqları salamlayaraq, Əhli-Beyt (ə) media ravilərinin afrikalı fəalların iştirakı ilə baş tutan iclası ünsiyyət, əməkdaşlıq və sinerji üçün yeni başlanğıc kimi qiymətləndiriblər. Daha sonra mərasimdə Nigeriya İslami Hərəkatının lideri Höccətülislam Vəl-Müslimin Şeyx İbrahim Zəkzakinin video müraciəti də yayımlanıb.

Sizin rəyiniz

You are replying to: .
captcha