Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qəzza zolağında qatil İsrail faşist rejiminin həyata keçirdiyi hücumda fələstinli jurnalist Fatma Həsənə şəhid olub. Fələstinin WAFA xəbər agentliyi, qatil İsrail rejim ordusunun Qəzza şəhərinin Tuffah məhəlləsində Hasune ailəsinin evini bombalaması nəticəsində şəhid olanlar arasında jurnalist Fatma Hasunənin də olduğunu bildirib.
Qəzzadakı hökumətin Media Ofisinin məlumatına görə, faşist İsrail rejim ordusunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda şəhid olan jurnalistlərin sayının 212-yə yüksəlib.
Xatırladaq ki, qansız sionist İsrail rejim qüvvələri yanvarın 18-də səhər saatlarında Qəzza zolağında qüvvəyə minmiş atəşkəsi pozaraq şiddətli hücumlarını bərpa ediblər. İşğalçı İsrail faşist rejimi hücumlarını bərpa etdikdən sonra əksəriyyəti qoca, qadın və uşaq olmaqla 1652 fələstinli şəhid olub, 439 nəfər isə şəhid olub.
Qatil İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhid olan fələstinlilərin sayı 51 min 25-ə, yaralıların sayı isə 116 min 432-yə yüksəlib.
Sizin rəyiniz