31 mart 2025 - 16:45
İslam İnqilabının Ali Rəhbəri: Amerika qələt edərsə, qisas alınacaq.

İnqilabın Ali Məqamlı Rəhbəri: Onlar pislik edəcəkləri ilə hədələyirlər, (əlbətdə, əgər pislik edilirsə). Biz pisliyin kənardan ediləcəyini çox da güman etmirik, amma pislik edilərsə, onlara mütləq ağır zərbə vurulacaq. Əgər əvvəlki illərdə olduğu kimi ölkə daxilində fitnə törətməyi düşünürlərsə, İran milləti özü onlara cavab verəcək.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Mübarək Ramazan bayramı münasibəti ilə İslami İranın mömin xalqı Ramazan Ayının Fitr Bayramı Namazında iştirak edərək bir aylıq bəndəlik borclarını yerinə yetirdikləri və oruc tutduqları üçün Allah Təalaya təşəkkürlərini nümayiş etdiriblər.

Yüz minlərlə mömin Tehranın İmam Xomeyni (Rizvanullahi Təala əleyh) adına Məscidində toplaşaraq İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin imamlığı ilə möhtəşəm Fitr bayramı namazını qılıblar.

Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri Fitr Bayramı Namazından sonra iki xütbə söyləyərək Bayram Namazını sona yetiriblər.

İnqilab Rəhbərinin Fitr bayramı xütbələrindəki ifadələrindən bəzi hissələrini təqdim edirik: Bu ilin Ramazan ayında Quranın populyarlığı açıq şəkildə nəzərə çarpırdı; Məscidlərdə, ziyarətgahlarda, küçələrdə və ictimai mərkəzlərdə ehsan və iftar süfrələrinin geniş yayıldı.

Dua məclislərində iştirak xüsusilə gənclərin dua məclislərində iştirakı coşğulq təşkil edirdi. Bu mərasimdə cəmiyyətin bütün təbəqələri, müxtəlif görünüşləri ilə iştirak edirdi.

Ramazan ayının başa çatması da bu ehtiraslı və mənalı yürüşlə yadda qaldı. Ramazan ayının son cümə günü insanlar böyük bir addım atdılar. İran xalqı və Bu böyük insan yığıncağından dünyaya çox şey əks olundu. Anlamağa ehtiyacı olanlar, İran xalqını tanımağa ehtiyacı duyanlar Tehranda və müxtəlif irili-xırdalı şəhərlərdə siz əzizlərin, bu nəhəng toplantısından çoxlu mesajlar aldılar. Xalq bu mesajı çatdıra bildi və çox mühüm vəzifə yerinə yetirildi.

Bu Ramazan ayının acısı İslam dünyasındakı bütün oruc tutanların damaqlarını acı etdi və bu acılıq Qəzzada, Livanda, Fələstində baş verən qanlı hadisələrdən ibarət idi.

Yenə soyqırım, yenə körpələrin qətliamı, yenə Amerikanın qəsbkar sionist rejiminin şər işlərinə dəstəyi, Fələstini qəsb edən və Fələstin xalqına hökmranlıq edən bu qatil və terrorçu qrupunun şərinə yenə də yardım edilməsi. Bunlara kömək etdilər, bunlara dəstək oldular.

Qərblilərin verdiyi siyasi bəyanatlarda proksi qüvvələrin adını çəkdiklərini eşitmisiniz. Bölgənin igid xalqlarını, bölgənin qeyrətli gənclərini proksiqüvvələri olmaqda ittiham edirlər; Demək istəyirəm ki, bu bölgədə yalnız bir proksi qüvvə var, o da rüşvətxor, fasid və qəsbkar sionist rejimdir.

Sionist rejim müstəmləkəçilərin tapşırığı ilə yanğınlar törədir, soyqırım edir, cinayətlər törədir, əlinə düşsə, hazırda Suriyaya təcavüz etdiyi kimi, başqa ölkələri də işğal edəcək.

Pulu və mediası ilə dünyanı idarə edən müstəmləkəçilərin açıqlamalarında terror cinayət sayılır. Amma bu şər, cinayətkar rejim üçün isə terror caiz və icazəlidir.

Əgər başqaları öz hüquqlarını və ya torpaqlarını müdafiə edirsə, onlara terrorçu damğası vurulur; Amma şər sionist rejim açıq şəkildə soyqırım törədir, uşaqları qətlə yetirir, əhalini hədəfə alır, ayrı-ayrı şəxslərə sui-qəsd edir və hətta bu əməlləri həyata keçirdiyini açıq şəkildə bəyan edir. Lakin Qərbli müstəmləkəçilərinin gözü bu cinayətlərə bağlıdır; Nəinki reaksiya vermirlər, əksinə gülümsəyirlər, dəstək verirlər, hətta maddi yardım, silah da verirlər.

Sionist rejimin etdikləri, onların gördükləri işlər, açıq-aydın terror hərəkətləridir. Amerika Birləşmiş Ştatları və bir sıra Qərb hökumətləri isə onları dəstəkləyir, digərləri isə bu faciələri tam sükutla izləyir və müşahidə edirlər. İki ildən az bir müddət ərzində, bu yaxınlarda sionist rejim 20 minə yaxın uşağı şəhid edib, valideynlərini kədər içində qoyub.

İnsan haqları şüarları səsləndirənlər onlara qarşı heç bir tədbir görmür, sadəcə izləyirlər. Dünya xalqları qəzəbli və kədərlidir. Onların baş verənlərdən agahlığı çox azdır, dünyanın bir çox məsələlərindən, cinayətlərindən, ölkələrindən, millətlərindən xəbərsizdirlər. Onların Avropa və hətta Amerika küçələrində sionist rejim əleyhinə şüarlar səsləndirdiklərini görməniz də onların məhdud məlumatlarına görədir. Daha çox məlumatı olsalar, daha çox şeylər edəcəklər.

Dediklərimin nəticəsi budur ki, bu cinayətkar qruplaşma-sionist rejim Fələstindən yox edilməlidir və Allahın lütfü və qüdrəti ilə kökü kəsiləcəkdir.

Hər kəs bilməlidir ki, bizim mövqelərimiz əvvəlki kimidir, Amerika ilə sionist rejim arasındakı düşmənçilik də əvvəlki kimidir.

Onlar pislik edəcəkləri ilə hədələyirlər, (əlbətdə, əgər pislik edilirsə). Biz pisliyin xaricdən ediləcəyini çox da güman etmirik, amma hər hansı bir pislik olarsa, mütləq onlara ağır zərbə vurulacaqdır. Əgər əvvəlki illərdə olduğu kimi ölkə daxilində fitnə törətməyi düşünürlərsə, İran milləti özü onlara cavab verəcək.

Sizin rəyiniz

You are replying to: .
captcha