Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:
1. Nuh peyğəmbərin (əleyhis-səlam) Öz qövmülə olan müşkülü
Həzrət Nuh (əleyhis-səlam) Allaha təvəkkül etdi və qövmünə dedi: “Əgər mənim sözlərim sizə ağır gəlirsə, mənimlə üz-üzə gəlmək üçün əlinizdən gələni edin” (Yunus/71-73).
2. Fironun təkəbbürü və xüdpərəstliyi
Həzrət Musa (əleyhis-salam) İlahi möcüzələrlə Fironun yanına getdi, lakin Firon təkəbbürlük və xüdpərəstlik edərək Onu inkar etdi (Yunus/75-93).
3. Qurtuluş Gəmisi və Böyük Fırtına
Həzrəti Nuh peyğəmbərin (əleyhis-salam) qövmü Onu məsxərəyə qoyaraq dediklərini və gətirdiklərini inkar etdikləri üçün Allah gəminin inşasını əmr edərək möminləri xilas etdi və Onun qövmünü tufanla boğdu (Hud/48-25).
4. Hud peyğəmbər (əleyhis-səlam) və Ad qövmü
Həzrət Hud (əleyhis-səlam) peyğəmbər Ad qövmünü etdikləri günahlarının acı aqibəti barədə xəbərdar etdi, lakin onlar inkar etdilər və böyük bir əzabla həlak oldular (Hud/50-60).
5. Həzrət Saleh (əleyhis-səlam) və Səmud qövmü
Həzrət Saleh (əleyhis-səlam) peyğəmbər Öz qövmünü Allaha ibadət etməyə və tövbə etməyə çağırdı, lakin onlar Allahın möcüzəsi olan Dəvəni inkar edərək ona zərər vurduqları üçün cəzalandırıldılar (Hud: 61-68).
6. Hz. İbrahimin (əleyhis-səlam) oğluna bəşarət verməsi
Həzrət Lutun (əleyhis-səlam) qövmünü həlak etmək üçün gedən Allahın elçiləri Həzrəti İbrahim (əleyhis-səlam) peyğəmbərin evində qonaq oldular və qocalıq çağında ona bir uşaq müjdəsi verdilər (Hud/76-69).
7. Lut peyğəmbərin (əleyhis-səlam) qonaqları və qövmünün fitnə-fəsadları
Hz. Lut (əleyhis-salam) peyğəmbər Öz qövmünə pozğunluğun qarşısını almaq və qonaqlarını qorumaq üçün qızları ilə evlənməyi qövmünə təklif etdi, lakin onlar bundan imtina etdilər və cəzalandırıldılar (Hud/77-83).
8. Mədyənlilərin iqtisadi fəsadları
Şueyb (əleyhis-səlam) qövmünü iqtisadi və əxlaqi fəsadlardan çəkindirdi, lakin onlar inkar və etinasızlıqlarına görə cəzalandırıldılar (Hud/84-95).
9. Firon və qövmünün dünya və axirət aqibəti
Firon qövmü gördükləri pis əməllərinə görə dünyada lənətlənmiş, axirətdə isə cəhənnəm oduna atılmışdır (Hud, 96-99).
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Sizin rəyiniz