Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist rejimin “Məariv” qəzeti “Husilərin qayıdışı” başlıqlı xəbərdə yazıb ki, İsrail Hərbi Hava Qüvvələri Yəmən cəbhəsində uzun sürən sakitlikdən sonra hazırda Yəmən tərəfindən gələn təhdidlərin və Husilərin işğalçı sionist rejim ərazilərinə raket zərbələri endirmək cəhdini həyata keçirməyə hazırlaşır.
Bir müddət əvvəl Yəmənin Ənsarullah hərəkatı faşist İsrail rejimi tərəfindən atəşkəs razılaşmasının pozmasını, humanitar yardımlaın Qəzza Zolağına gedişinin dayandırmasını və atəşkəs danışıqlarının ikinci mərhələsinə daxil olmamasını şiddətlə tənqid edərək, işğalçı İsrail rejimi üçün bu gün başa çatacaq 4 günlük müddət təyin edtmişdir.
Hesabatda əlavə olunur ki, İsrail Hərbi Hava Qüvvələri Yəmən təhdidlərini çox ciddi hesab edir və hazırlığını gücləndirmək üçün bir sıra tədbirlər həyata keçirib, o cümlədən Təl-Əvivin raketlərin qarşısının alınması sistemlərini həyəcan vəziyyətinə salıb.
ABNA Xəbər Agentliyi
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Sizin rəyiniz