Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu günlərdə Fələstin xalqı və HƏMAS hərəkatı Trampın Qəzza xalqının İordaniya və Misirə zorla köçürülməsi təklifinə qarşı çıxdıqdan sonra, son günlər ərəb planı olan “Misirin Qəzzə xalqının öz evlərində qalaraq, Qəzzanın yenidən qurulması planı” kimi təsvir edilib.
Planın fevralın 27-də Ər-Riyadda keçiriləcək Ərəb Liqasının sammitində təqdim edilməsi və Trampın planına alternativ kimi müzakirə edilməsi planlaşdırılır. Bu planın ən mühüm bəndlərindən biri də gələcəkdə HƏMAS müqavimətinin Qəzzanı idarə etməkdən uzaqlaşdırılmasıdır.
Səudiyyə Ərəbistanı hələ açıq şəkildə Həmas-ın Qəzzanın yenidən qurulması prosesindən və ya idarəçiliyindən çıxarılmasını tələb etməyib. Bununla belə, BƏƏ-nin baş diplomatik müşaviri Ənvər Qarqaş Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeytin HƏMAS-ın Qəzza administrasiyasından geri çəkilməsinə çağırışını “uyğun və məntiqli” hesab edib.
Bu planın zahirən müstəqil və tamamilə ərəb planı olmasına baxmayaraq, onun məzmununu sadə bir şəkildə araşdırmaqla bu planın ABŞ və sionist rejimi tərəfindən öncədən diktə olunan ərəb-Misir örtüklü plan olduğu görsənir.
Trampın İordaniya kralı ilə görüşündən sonra Qəzza ilə bağlı mövqeyində dəyişikliyə işarə edən açıqlamalarda, ərəblərdən Qəzza üçün plan hazırlamalarını xahiş etdiyini bildirib. Bununla bağlı Ağ Ev sözçüsü elan edib: ABŞ prezidenti Donald Tramp ərəb ölkələrindən Qəzza zolağı ilə bağlı plan təqdim etməyi xahiş edib.
Ərəb və Misirin Qəzza planı
Əl-Ərəbi telekanalının məlumatına görə, Qəzza ilə bağlı fevralın 27-də keçiriləcək fövqəladə toplantıdan əvvəl Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı liderləri arasında görüşün Qahirədə keçirilməsi planlaşdırılır, baxmayaraq ki, dəqiq tarix hələ müəyyən edilməmişdir.
Misir mənbələri şəbəkəyə bildiriblər ki, Misirin təklif etdiyi plana Qəzzanın, sakinlərini köçürmədən yaxın 3-5 il ərzində yenidən qurulması daxildir. Məlumata görə, təklif olunan plan iki mərhələdə həyata keçiriləcək: Əvvəlcə dağıntıların təmizlənməsi, sonra isə yaşayış komplekslərinin yenidən qurulması. Bu səylər Qəzzanın cənubunda, Misirlə həmsərhəd olan Rəfahdan başlayacaq və daha sonra bütün Qəzza zolağını əhatə edərək şimala doğru hərəkət edəcək.
Bu planın media və siyasi dairələrdə elan edilməsindən sonra Misir və digər ərəb ölkələrində bir çox siyasi və hüquqi fəallar bu məsələdə öz mövqelərini açıqlayaraq, bunu təhlükəli ərəb-amerikan və sionist planı kimi qələmə veriblər.
Bu kontekstdə ərəb dünyasının “İzzəddin Dovidar” adlı bir siyasi fəalı bu planı bir qeyddə belə araşdırıb: Əsl təhlükə Trampın yalançı planı deyil, əsl təhlükə ərəb dünyası tərəfindən qarşıdan gələn sammitdə qurulacaq və Fələstin davasını və ərəb milli təhlükəsizliyini “Trampın ölü fantaziyaları” təhlükəsindən xilas etmək üçün məcburi həll yolu kimi təqdim olunacaq Misir rejiminin planı olacaq. Tramp və bütün dünya bilir ki, onun verdiyi onlarla bəyanat həyata keçirilməyəcək.
Misirin ərəb planı Fələstin məsələsini uçuruma aparır
Hər şeyin təhdidində həddi aşmaqlıq var, o cümlədən Fələstin məsələsində. Fələstin məsələsini uçurumun kənarında qoymaq və müvafiq ölkələrin milli təhlükəsizliyinə təhdidləri təxribatçı və təhqiredici şəkildə xalqa təqdim etmək. Bütün bunlar ərəb və Fələstin xalqları arasında çaxnaşma və sarsıntı səviyyəsini yüksəltməkdir ki, onlar rəsmi alternativ ərəb həllini qəbul etməyə hazır olsunlar və bunu hər şeyi xilas etmək üçün lazım olan qurtuluş və ya qəhrəmanlıq hərəkəti kimi izah etsinlər və bu planla Amerikanın təkəbbürlü iradəsinə meydan oxusunlar.
Tezliklə elan ediləcək ərəb həlli, ərəb dünyasında ərəb cəsarəti və vahid ərəb mövqeyi Amerika kovboylarına meydan oxumaq kimi qəbul ediləcək... Bu da ABŞ və sionist rejimin istəyinə uyğun olaraq, dəhşət içərisində olan ərəb xalqının geniş təbəqələri tərəfindən dəstəklənən həll yoludur.
Bütün ərəb mediaları, tribunları, radio və televiziyası xalqı və kütlələri rejimlərin rəsmi mövqeyini dəstəkləməyə çağırır, çünki bu məqam birlik məqamıdır və təbii ki, birlik gücdür və bizi ixtilaflarımızı unutmağa dəvət edirlər. Gəlin qlobal məkirli plana qarşı bu cəsarətli, mərd və qəhrəmancasına olan həllin arxasında birləşək.
Əs-Sisi rejiminin hazırladığı ərəb həlli nədir?
Fars körfəzi ölkələri tərəfindən maliyyələşdirilən Qəzza zolağı üzərində Misir hərbi və təhlükəsizlik idarəsi və inzibati cəhətdən Fələstin Muxtariyyətindən deyil, Misir hökumətindən asılı olan Fələstin mülki orqanı (İordan Çayının Qərb Sahilinin ilhaqından sonra tezliklə fəaliyyətini dayandıracaq), Birləşmiş Ərəb Əmirlikləri tərəfindən hazırlanmış mühəndislik standartları ilə Misirin əlində olacaq yenidənqurma müqabilində Qəzzanın abadlaşdırma işlərində Müqavimət Qüvvəsinin yenidən əmələ gəlməsinə imkan verilməsin. Necə ki, 2000-ci il İntifadasından sonra İordan Çayının Qərb Sahilində bu planı icra etdilər.
Misir hökuməti Fars körfəzi ölkələrindən vəsaitlərin köçürülməsi və bu vəsaitlərin alınmasına cavabdehdir və Misir kəşfiyyatına bağlı podratçı şirkətlər yenidənqurma və infrastrukturun həyata keçirilməsində iştirak edir ki, Fələstin xalqı və ərəb dünyası Misiri üç dəfə salamlayaraq, "Qəzzanın xilaskarı və ərəb xalqının dəstəkçisi" kimi qəbul etsinlər.
Elektrik, su, yollar, xidmətlər verilir, keçid açılır və yenidənqurma işləri aparılır... Amma gələcəkdə müharibənin təkrarlanması təhlükəsi yarada biləcək Müqavimət Qüvvəsi, belə desək, bu qlobal pulu israf edib Qəzzanın yenidən məhvinə gətirib çıxara biləcək Müqavimət Hərakatı nə zmana qədər ki, vardır bu, planlar baş tutmayacaq... Bəs həll yolu nədir? Yenidənqurma qarşılığında silahmı!
Müqavimət bütün rəsmi və sevimli məşhur ərəb ictimai rəyinə qarşı təkbaşına dayanacaq!
Deyəcəklər ki, yeganə çıxış yolu budur. HƏMAS Fələstinin maraqlarını necə poza bilər? Bu, artıq təkcə Fələstin məsələsi deyil, indi ərəblərin milli təhlükəsizlik maraqlarının dişləri olan dəli Trampist nəhəngi ilə üzləşdiyi bir məsələdir.
Bu məsələdə çoxlu təfərrüatlar və mürəkkəbliklər var, bu ssenari bütün mürəkkəblikləri aradan qaldırır, faşist sionist rejimini Qəzzada onilliklər boyu müqavimətlə üzləşməkdən azad edir, hökuməti məhv edir və bununla da dövlət layihəsi başa çatır. O, ərəb ölkələrinin təhlükəsizliyini iddia edilən yerdəyişmə ssenarisindən qoruyur, ərəbləri və dünyanı Qəzzaya qarşı dəfələrlə edilən təcavüzlərin illərlə vicdan əzabı çəkməsindən xilas edir və beynəlxalq oyun qaydalarının pozulmasına dözə bilməyən beynəlxalq ictimaiyyətin vicdanını yüngülləşdirir.
Silah və zirehli texnika, iğtişaş və terroru dağıtma qüvvələri və on minlərlə yüksək təlim keçmiş kişi və qadın hərbçilərlə ağır silahlanmış Misir polis qüvvələrinin Rəfəhdə keçirdiyi hərbi paradlar, bütün bu möhtəşəm nümayiş qaniçən sionist rejimini təhdid etmək məqsədi daşımır, bu polis qüvvələrinin hərbi paradıdır...
Deməli, bu parad HƏMAS-a qarşı mübarizə aparmaq üçündür. Kişilərdən və qadınlardan ibarət bu yüksək təlim keçmiş və silahlı qüvvələr, mülki əhali üzərində üstünlük təşkil etmək üçün hazırlanır və öyrədilir. Bu, həqiqətən də şeytani bir ssenaridir.
Bununla da Fələstin üçün əsl təhlükə Trampın mikrofonundan gələn səs-küy deyil, rəsmi ərəb həllidir.
“Onlar (sənə qarşı) tədbir tökdülər, Allah da (onlara qarşı) tədbir qururdu. Allah tədbir quranların ən güclüsüdür.” Qurani-Kərim Ənfal sürəsi, Ayə 30.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
