Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Suriya İnsan Haqları Müşahidə Qrupu ötən gecə Hələbin şərqində, Mənbic şəhərində Türkiyənin dəstəklədiyi terror ünsürlərdən ibarət qondarma “Suriya Milli Ordusu”na bağlı bir qrupun qərargahı yaxınlığında minalanmış avtomobilin partladığını açıqlayıb.
“Aşşarq Al-Ovsat”ın məlumatına görə, bu insan haqları mərkəzi bildirib: “ “Əl-Amşat” kimi tanınan qruplaşmanın qərargahı yaxınlığında baş verən partlayış nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı barədə məlumat daxil olub.”
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, bu həftənin əvvəlində Türkiyəyə bağlı silahlı terrorçu qruplaşmaların iki üzvü Mənbic şəhərinin kənarında bomba yüklü avtomobilin partlaması nəticəsində məhv edilib, bir nəfər isə ağır yaralanıb.
Qeyd edək ki, son günlər Suriya Demokratik Qüvvələri (SDQ) ilə Türkiyənin dəstəklədiyi qüvvələr, xüsusilə də “Suriya Milli Ordusu” kimi tanınan silahlı terrorçu qruplaşma arasında şiddətli toqquşmalar baş verib.
Qondarma “Suriya Milli Ordusu”kimi özlərini qələmə verən terrorçu qruplaşmanın mövqelərinə hücumları Mənbic şəhəri və Hələb vilayətinin Tişrin bəndinin ətrafındakı ərazilərə yönəlib.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
