Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Ədliyyə sisteminin iki tanınmış hakiminin şəhadətindən sonra Ümümdünya Müsəlmanlarının Ali Lideri həzrərt Ayətullah Xamenei başsağlığı mesajı verib.
Ayətullah Seyyid Əli Xamenei həzrətləri mesajında iki tanınmış məhkəmə hakimi Həccül-İslam, cənab Razini və Məqisənin şəhadətə yetişərək uca zirvəyə ucaldıqları münasibəti ilə onların yaxınlarını təbrik etmiş və onları itirdikləri üçün isə yaxınlarına təsliyyət ərz etmişlər.
İslam İnqilabının Rəhbərinin mesajının mətni belədir:
Mərhəmətli və Rəhmli Allahın Adı ilə!
Alimi-mücahid, Höccətül-İslam vəl Müslimin cənab Hacı Şeyx Əli Razini və onun həmkarı, cəsur hakim, zati-aliləri cənab Hacı Şeyx Məhəmməd Məqisənin (Allah onlardan razı olsun), şəhadətlərini şərəfli ailə üzvlərinə təbrik deyir və onların itirilməsi ilə əlaqədar isə başsağlığı verirəm.
Şəhid Razini keçmişdə də bədxah ünsürlərin qəddar cəhdlərə məruz qalmış və uzun illər canbazlığın-veteranlığın əziyyətlərinə sinə gərmişdi. Onun iki əziz qardaşı bundan öncə şəhid olmuşlar.
Allahın rəhmət və bərəkəti onların hamısına və onların bağışlayan və səbirli ailələrinə olsun.
Seyid Əli Xamenei
29 Dey 1403-cü il
Qeyd edək ki, Höccətül-İslam Vəl Muslimin Razini 39-cu Şöbənin rəhbəri və Ali Məhkəmənin 53-cü Şöbəsinin rəhbəri Höccətül-İslam Vəl Muslimin Məqisi ötən gün günortadan sonra, 29 Dey 1403-cü il şənbə günü terror hadisəsi zamanı şəhid oldular.
Tehran vilayətinin baş hakimi vəzifəsində çalışan şəhid Razini bundan öncə də 1998-ci ilin yanvarında terrorçuların hədəfinə çevrilimişdir. Lakin bu terror hadisəsindən sağ çıxaraq bir müddət xəstəxanada müalicə almışdır. Bu zaman onun görüşünə İmam Xamenei həzrətləri təşrif gətirmişlər.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
