18 yanvar 2025 - 02:00
Rusiya və İran arasında tarixi müqavilələrə qısa xronoloji baxış

Qeyd edək ki, istər Gülüstanvə istər Türkmənçay müqavilələri olsun, bu müqavilələrin heç birində İranın Talış Xanlığını Rusiya İmperiyasına verməli olması haqqında heç bir saziş olmasa da belə lakin Çar Rusiyası Talış Xanlığını uzun sürən on illiklər müharibəsindən sonra zorla işğal etdiyi ərazilərinə qatır.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya və İran arasında Hərtərəfli Strateji Əməkdaşlıq Sazişinin bağlanması ilə əlaqədar olaraq Rusiya Federasiyası ilə İran arasında bağlanmış müqavilələrin tarixinə qısa xronoloji baxış:

 

Gülüstan müqaviləsi (1813):

1804-1813-cü illər Çar Rusiyasının İrana qarşı apardığı müharibəsindən sonra Gülüstan müqaviləsi bağlanmışdır. Bu müqavilənin şərtlərinə görə İran Qafqaz ərazilərinin indiki Dağıstanı, Azərbaycan Respublikası torpaqlarını və Gürcüstanın şərq rayonları da daxil olmaqla Tiflisi Rusiya İmperiyasına verməli olur. Bu, Rusiya-İran münasibətlərində yeni dövrün başlanğıcı idi.

 

Türkmənçay müqaviləsi (1828):

Bu müqavilə 1826-1828-ci illərdə Çar Rusiyasının İrana qarşı apardığı müharibəsinə son qoydu. İran İrəvan və Naxçıvan xanlıqlarını Rusiyaya verməli olur. Bu müqavilə Rusiyanın bölgədə hərbi-diplomatik mövcudluq hüququnu təmin edirdi.

Qeyd edək ki, istər Gülüstanvə istər Türkmənçay müqavilələri olsun, bu müqavilələrin heç birində İranın Talış Xanlığını Rusiya İmperiyasına verməli olması haqqında heç bir saziş olmasa da belə lakin Çar Rusiyası Talış Xanlığını uzun sürən on illiklər müharibəsindən sonra zorla işğal etdiyi ərazilərinə qatır.

 

Dostluq və Əməkdaşlıq Müqaviləsi (1921):

SSRİ ilə İran arasında imzalanmışdır. Bu müqavilə əməkdaşlıq və düşmənçilik etməmək ruhunu əks etdirirdi. Bu, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörməti təmin etdi.

 

Zəmanət və neytrallıq müqaviləsi (1927):

Bu müqaviləni bağlamaqla Sovet İttifaqı və İran sülh münasibətlərini saxlamaq və hər hansı hərbi münaqişədən qaçmaq niyyətlərini təsdiq etdilər.

 

Ticarət və Naviqasiya Müqaviləsi (1940):

Müqavilə iki ölkə arasında iqtisadi əlaqələri möhkəmləndirdi və İkinci Dünya Müharibəsi ərəfəsində ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq prinsiplərini təsbit etdi.

 

Göründüyü kimi, son 200 ildə imzalanmış bütün sənədlər İran və Rusiyanın tarixi əlqələrini göstərir. Tarix öz sözünü deyib, yazıb. Lakin indiki dövrümüzə baxdıqda regionda qütbləşən güclər heç də region ölkələri ilə dostluq və qardaşlıq yox, parçalanma və mənəm-mənəmlik ardınca qaçır.

Tarix özünü sübut edir ki, öz mədəni, dini, etnik kökünü tanımayan xalq və millətlər heç zaman milli kimliyini qoruya bilməmiş, özünü doğrulda bilməmişdir. Region ölkələrində regiondan kənar ünsürlər heç vaxt regionun xeyrinə çalışmayıb.

 

 

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!