Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının (ə) baş katibinin əxlaq dərsi mayın 10-u bazar ertəsi günü Əhli-Beyt (ə) Beynəlxalq Universitetində tələbələr üçün keçirilib.
Ayətullah “Rza Ramazani” deyib: “Allah Quranda Həzrət İsaya (ə) buyurur ki, sən mənim icazəmlə ölüləri dirildirsən. Bu qəbildən olan misralarda mühüm məqam ondan ibarətdir ki, insan belə bir qüdrət sahibidir və bu da insan varlığının bir hissəsidir. Ona görə də düşünməməliyik ki, əgər bütün elmi dərəcələri keçsək və ya müctəhid olsaq, özümüzü yaxşı və tam tanıyacağıq. Çünki insanın həqiqəti bunlardan qat-qat üstündür. Bu istedad və qabiliyyət hər kəs üçün var, bəziləri bu istedaddan istifadə edib, bəziləri isə yox.”
O, etikanın mahiyyətini açıqlayaraq deyib: “Bizim əsğər-kiçik, ovsət-orta və əkbər-böyük fiqhimiz var, ovsət-orta fiqh əxlaq, özünü tanıma və nəfşünaslığa deyilir. Əxlaq, min bir əxlaq kitabı oxumaq demək deyil, bəzən biz çoxlu əxlaqi kitablar oxuyuruq, amma ayələrdə və hədislərdə qeyd olunduğu kimi əxlaqi əhatəlilikdən və dəyərlərdən uzağıq.
Kiçik fiqhdə (admin: Kiçik fiqh şəriətə yəni vacib və haramları bəyan edən elmə deyilir) ola bilsin ki, kimsə müctəhid olsun, amma insanın batini və ruhu ilə bağlı böyük bir aləm vardır ki, mütləq insan bu batinə diqqət yetirməlidir.
Əkbər fiqh Allahşünaslıq deməkdir. Əmirəl-möminin (ə) buyurur ki, Peyğəmbər buyurmuşdur ki, "Ey Əli! Allahı səndən və məndən başqa hərtərəfli tanıyan yoxdur". İmam Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “İlahi, Sənə həmd edirəm ki, hələ də Sənin mərifətinin və elminin sonsuz dəryasına dalmağa qadir deyiləm. Hətta Peyğəmbərin özü belə buyurur: “İlahi! Səni layiqincə ibadət edə bilmədik və Sənə layiqincə mərifət tapa bilmədik." Çünki Allahın mərifəti sonsuzdur və biz məhdud məxluqlar heç bir şəraitdə Sonsuz bir barlığı tam dərk edə bilmərik.”
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!