-
İmam Hüseynin (ə) müqəddəs hərəminin qara bayrağı İstanbulda dalğalandırıldı / Foto
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məhərrəm ayının gəlişi ilə İmam Hüseynin (ə) müqəddəs hərəminin qara bayrağı Əhli-Beyt (ə) aşiqlərinin geniş iştirakı ilə mənəvi bir mərasimdə İstanbuldakı Zeynəbiyyə Məscidi və mədəniyyət mərkəzinin üzərində qaldırıldı. Türkiyə Cəfəri Alimləri Birliyinin Ali Şurasının sədri Höccətülislam Seyid Səccad Hüseyni də çıxışında bu gün Qəzza, Livan, İran və Yəməndə baş verən zülmlə mübarizə aparmağın vacibliyini vurğuladı.
-
Fotoreportaj / Həzrət Məsumənin (s.ə.) hərəmində İmam Hüseynin matəm bayrağı dalğalandırıldı
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məhərrəm ayının daxil olması ilə bağlı, bazar ertəsi axşamı Həzrəti fatiməi Məsumənin (səlamullahi əleyha) İmam Rza (əleyhi səlam) adına həyətində Kəriməye Əhli-beytin (əleyha səlam) müqəddəs ziyarətgahının günbəzinin üzərində İmam Hüseynin matəm bayrağı dalğalandırıldı və O, Dahi Xanımın ziyarətgahı matəm rənginə boyandı.
-
Məhərrəm ayının gəlişi ilə bağlı Həzrət Əbul-Fəzlin (əleyhi səlam) hərəminin günbəzinin tozu alındı \ Foto
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məhərrəm ayının gəlişi ilə bağlı Həzrət Əbul-Fəzl Abbasın (əleyhi səlam) müqəddəs hərəminin xidmətçiləri bu nurani ziyarətgahın günbəzinin yuyulması və tozunun alınması mərasimini keçirdilər. Bu mənəvi mərasim, milyonlarla zəvvar və Hüseyn əzadarlarını qarşılamaq üçün hərəmin hazırlanması çərçivəsində həyata keçirilib. Mərasim Kərbəla atmosferinə Məhərrəm rəngini və qoxusunu bəxş etdi.
-
Foto | Taylanddakı Darul Ulum Məktəbində Darul Zəhra Mərkəzi tərəfindən Qurban Bayramı namazı qılındı
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qurban Bayramının gəlişi ilə Taylandın Patalong əyalətindəki Darul Ulum Məktəbində Darul Zəhra Şiə Mərkəzi tərəfindən Qurban Bayramı namazı qılındı.
-
Dünyanın dörd bir tərəfində Qurban bayramı namazları + Şəkillər
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məkkədən Nyu-York küçələrinə və Şərqi Asiyadakı məscidlərə qədər dünyanın hər yerində milyonlarla müsəlman Qurban bayramını namazqılıb dua etməklə və qurban kəsmə ənənəsi ilə qeyd etdi.
-
Fotoreportaj \ Ramazan müharibəsinin şəhidlərinin xatirə və İranın "İqtidar" şəhidlərinin ildönümü mərasimi
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ramazan müharibəsinin şəhidlərinin anım mərasimi, Məhkəmə Hakimiyyətinin sədri Qulamhüseyn Möhseni-Ejei, Mərkəzi Xatəmül-Ənbiya (s) Qərargahının komandanı general-leytenant Əli Abdullahi, habelə hərbi və dövlət məsul şəxslərinin iştirakı ilə Tehranın Musəlla meydanında keçirildi.
-
Fotoreportaj \ Ravalpindi şagirdlərinin Minab şəhid tələbələrinə ehtiramı
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Pakistanın Ravalpindi şəhərindən olan gənc şagirdlər, simvolik bir mərasim təşkil edərək, Minabdakı Şəcərəyi-Təyyibə məktəbinə hücum zamanı şəhid olan tələbələrin xatirəsini yad etdilər və şəhidlərin şəkillərinə ehtiram göstərərək, qurbanların ailələrinə həmrəylik və dəstək olduqlarını bildirdilər.
-
Fotoreportaj \ Dünya müsəlmanlarının Həcc mərasimində bir araya möhtəşəm gəlişi
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Həcc mərasiminin keçirilməsi ilə eyni vaxtda, dünyanın müxtəlif ölkələrindən olan milyonlarla zəvvar Məkkəyi-Mükərrəmədə və müqəddəs məkanlarda toplanaraq, ibadət mərasimi olan Həccin əməllərini yerinə yetirir və bu İlahi vəzifənin mərasimlərini icra edirlər. Həcc bütün dünya müsəlmanlarının beynəlxalq ibadi və siyasi konfransıdır.
-
Fotoreportaj \ Bir qrup Bəhreyn alimləri Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi ilə görüşüb
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin diktator rejimləri tərəfindən 54 Bəhreyn dini aliminin həbs edilməsindən sonra, Bəhreyn alimlərindən bir qrupu Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının iştirak edərək, Assambleyanın baş katibi Ayətullah Rza Ramazani ilə görüşdülər.
-
Fotoreportaj \ Keyptaun hava limanında "Səmund" beynəlxalq donanmasının fəallarının xalq tərəfindən qarşılanması
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: "Səmund" beynəlxalq donanmasının fəalları, dünən axşam Cənubi Afrikanın Keyptaun beynəlxalq hava limanına çatdıqdan sonra, xalqın, ictimai fəalları və dini liderləri tərəfindən geniş qarşılanıblar və bu qarşılanma "Fələstin azaddır" şüarlarının səsləndirilməsi və Cənubi Afrika Şiə Əhli-Beyt (ə) İnstitutunun nümayəndələrinin iştirakı ilə müşayiət olundular.
-
Fotoreportaj \ Vətənlərini sevən Əşairlər- Köçəri tayfalar
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Milli və böyük "Əşairlərin beyəti" tədbiri, müxtəlif Əşair-köçəri tayfa təbəqələrinin, qəbilə başçılarının və İran torpağının etnik nümayəndələrinin iştirakı ilə bu gün, çərşənbə axşamı Əşairlərin İslam İnqilabının şəhid rəhbərinin idealları ilə yenidən əhd bağlayıb and içdilər.
-
Şəhid Ayətullah Seyid İbrahim Rəisi tarixin keçidində \ Fotoxatirələr
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bazar günü (19 may 2024) Seyid İbrahim Rəisi, Xarici İşlər naziri Hüseyn Əmir-Əbdüllahiyan, Təbrizin cümə namazı imamı Seyid Məhəmməd Əli Ali-Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Prezident Təhlükəsizlik Qrupunun rəhbəri Seyid Mehdi Musəvi və pilotlar və uçuş heyəti ilə birlikdə Şərqi Azərbaycan əyalətinin Vərzəqan bölgəsindəki Təbriz Neft Emalı Zavoduna qayıdarkən təyyarə qəzasına uğradı və bütün yoldaşları ilə birlikdə yüksək şəhidlik məqamına çatdı. Qeyd edək ki, Ayətullah Seyid İbrahim Rəisi, 2021-ci ildə keçirilən 13-cü dövr prezident seçkilərində xalq tərəfindən ölkəni idarə etmək üçün seçilən İranın səkkizinci prezidenti idi.
-
Pakistan İslam Cümhuriyyətinin Daxili İşlər Naziri İmam Rzanın məzarını ziyarət etdi \ Fotoreportaj
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasına rəsmi işgüzar səfərdə olan Pakistan İslam Cümhuriyyətinin Daxili İşlər Naziri və onu müşaiyət edən heyət üzvləri ötən gün İmam Rzanın (əleyhi səlam) müqəddəs hərəminə təşrif gətirərək O, həzrəti ziyarət ediblər.
-
Məzlum bölgə şiələrinə dəstək olaraq Qum Elmi Hövzəsinin və Hizbullah ümmətinin böyük toplantısı \ Fotoreportaj
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məzlum bölgə şiələrinin (Bəhreyn, Küveyt, BƏƏ, Azərbaycan və s.) dəstəyinə dair Qum Elmi Hövzəsinin və Hizbullah ümmətinin böyük toplantısı keçirilib. Toplantında elm adamları, hövzə müəllimləri, hövzə rəsmiləri, ruhanilər, tələbələr və Qum şəhərinin inqilabçı xalqının müxtəlif təbəqələrinin geniş iştirak ediblər. Bu toplantı Qum Elmi Hövzəsi müəllimləri Cəmiyyəti, Hövzələrin Ali Şurası və İdarə Heyətinin təşkilatçılığı ilə Həzrət Fatimeyi Məsumənin (səlamullahi əleyha) pak hərəminin İmam Xomeyni (r) adına hərəmində baş tutub.
-
Fotoreportaj \ Həzrət Fatimeyi Məsumənin (səlamullahi əleyha) hərəmində Marşal Musəvinin şəhadətinin qırx mərasimi
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əmir Sepəhbod- Marşal Seyid Əbdürrəhim Musəvinin şəhadətinin qırxıncı günü mərasimi Həzrət Fatimeyi Məsumənin (səlamullahi əleyha) hərəmində, İmam Xomeyni (rizvanullahi əleyh) adına şəbistanda, ziyarətçilərin və hərəmə qonşu olanların iştirakı ilə keçirildi.
-
Fotoreportaj \ Amerika-sionist təcavüzündən ziyan görmüş bölmələrin bərpası – Qum
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Amerika-sionist ünsürlərinin İslami İran Vətəninə etdikləri hərbi təcavüzlərinin səkkizinci həftəsində, Qum şəhərində mərmilər ilə vurulan yaşayış məntəqələri Bəsic Sazəndə -(Könüllü İnşaatçılar) və Qum Bələdiyyəsinin cihadçı qruplarının köməyi ilə bərpa və təmir edilir.
-
Fotoreportaj / Müqəddəs Müdafiə və Müqavimət kitabı qaliblərinin təqdimat mərasimi
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Müqəddəs Müdafiənin 23-cü kitab müsabiqəsinin yekun nəticələrinin elan edilməsi iclası bu sahə üzrə bir qrup professor və tədqiqatçının iştirakı ilə Tehranda, Müqəddəs Müdafiənin Bağ-Muzeynin Qəsri Şirin zalında keçirildi və qaliblər təqdim olundu.
-
Həzrət Fatimə Məsumənin (səlamullahi əleyha) hərəmində Şəhid Doktor Əli Laricaninin 40 Mərasimi Keçirildi - Foto
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Həzrət Fatimə Məsumənin (səlamullahi əleyha) Hərəminin İmam Xomeyni (ridvanullahi əleyh) adına Şəbistanında, xalqın böyük iştirakı ilə Şəhid Doktor Əli Laricaninin və onun Şəhid oğlunun şəhadətinin 40-cı günü münasibətilə mərasim keçirildi.
-
Tehranda İmam Rza Şiələrinin möhtəşəm toplantısı \ Fotoreportaj
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Həzrət Samen əl-Höcəcin (əleyhi səlam) doğum gününün ildönüm günlərində, " İmam Rzanın (əleyhi səlam) İranı, İslam İnqilabının Ali Lideri Həzrət Ayətullah Seyid Müctəba Xameneiyə beyət edir" başlığı altında, Tehranda, İmam Hüseyn (əleyhi səlam) meydanından Azadi meydanına qədər xalqının coşğulu iştirakı ilə möhtəşəm bir toplantı keçirildi.
-
Fotoreportaj \ Hörmüz adasında Milli Fars Körfəzi Günü qeyd olunub
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Milli Fars Körfəzi Günü münasibətilə mərasim 30 aprel 2026-cı il, cümə axşamı günü müxtəlif ictimai təbəqələrin nümayəndələri, yerli rəsmilər və Mədəniyyət və İslami İrşad naziri Seyid Abbas Salehinin iştirakı ilə Hörmüz adasında keçirilib.
-
İran Xalqının Vətən Müdafiəçilərinə dəstək məqsədilə gecə mitinqləri səngimir - Tehran \ Fotoreportaj
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Artıq 50 gndür ki, Tehran sakinləri ölkənin digər regionları ilə həmrəylik göstərərək küçələrə və şəhərin əsas meydanlarına toplaşırlar. Xalq kütləsi Şəhid rəhbərin xatirəsini ehtiramla yad edib, Həzrət Ayətullah Seyid Müctəba Xamenei ilə beyət edərək vətən müdafiəçilərinə tam dəstəklərini bəyan edilər.
-
«ABNA» xəbər agentliyində «Şəhadət Ətiri ilə Kəramət Ongünlüyü» adlı ədəbi görüş \ Fotoreportaj
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Kəramət onilliyi və ümmətin şəhid rəhbərinin, həmçinin digər müqavimət şəhidlərinin xatirələrinin yad edilməsi münasibətilə «Şəhadət Ətiri ilə Kəramət Ongünlüyü» mövzusunda ədəbi görüş təşkil olunub. Tədbirdə Pakistan, Suriya, Hindistan, Livan və İraq da daxil olmaqla, bir neçə ölkədən olan şairlər «ABNA» Xəbər Agentliyində iştirak etdilər və şerlər oxudular.
-
İsfahanda İranlı Qadınların Güc və Həmrəyliyini Nümayiş Etdirən Tədbir \ Fotoreportaj
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Kəramət onilliyi və Həzrət Fatimə Məsumə (s)-nin mübarək doğum günü münasibətilə, bu gün, cümə axşamı (1405-ci il, ordibehişt ayının 3-ü) axşam saatlarında İsfahanın tarixi İmam Xomeyni (r.ə) meydanında qadınların gücünü və həmrəyliyini əks etdirən geniş tədbir keçirildi.
-
Həzrət Şahçıraq, Əhməd ibn Musa əl-Kazim (ə)-nın müqəddəs hərəminin təmizlənmə mərasimi \ Fotoreportaj
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Həzrət Şahçıraq, Əhməd ibn Musa əl-Kazimin (əleyhiməs səlam) müqəddəs məzarının təmizlənmə mərasimi, cümə axşamı səhəri, müqəddəs hərəmin şəhid ailələrinin və Ramazan müharibəsi iştirakçılarının iştirakı ilə təşkil olundu. Mərasim Zülqədə ayının 6-sı, yəni Həzrət Şahçerağ (ə)-nın xatirə gününə həsr edilmişdi.
-
Qumda, Ramazan Müharibəsi və regional hadisələrə həsr olunmuş elmi seminar \ Fotoreportaj
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu gün, bazar ertəsi (1405-ci il, ordibehişt ayının 6-ı) səhər saatlarında Ramazan müharibəsi çərçivəsində regional inkişaflara həsr olunmuş elmi seminar keçirildi. Seminarda Hormuz boğazının geostrateji əhəmiyyəti və müqavimət oxunun strategiyası vurğulandı. Qeyd edək ki, Tədbir Beynəlxalq Əhl-Beyt (ə) Assambleyasının Elmi və Mədəni İşlər üzrə Müavinliyinin Tədqiqatlar İdarəsi tərəfindən, əl-Mustafa əl-Aləmiyyə Universitetinin Qısa Müddətli Təhsil Müəssisəsi və Beynəlxalq «ABNA» Xəbər Agentliyi ilə əməkdaşlıq edilərək təşkil edildi. Seminarda İranın Livandakı sabiq səfirlik nümayəndəsi və regional məsələlər üzrə ekspert Seyyid Hadi Seyyid Əfqəhi də iştirak etdi.
-
Mesajları sərhədlərdən kənara daşıyan Plakatlar, İranın səngiməyən Xiyaban mitinqləri \ Fotoreportaj
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu dəfə gecə mitinqləri təkcə kütləvi iştirak səhnəsi deyildi: iştirakçıların əllərindəki çoxdilli plakatlar küçəni çoxsəsli məkana çevirərək, mesajları sərhədlərdən kənara daşımağa imkan yaratdı.
-
Fotoreportaj | İranın Fədakar Qızlarının Qumda böyük yürüşü
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Kəramət Ongünlüyü, Həzrət Fatimə Məsumənin (salamullah əleyha) miladı və Qızlar Günü münasibətilə, 1405-ci il ordibehişt ayının 1-də (21 apreldə) çərşənbə axşamı axşamüstü Qum vilayətinin Bəsic qızları və xanımlarının iştirakı ilə Peyğəmbər Əzəm (səlləllahu əleyhi və alih) bulvarından Müqəddəs Cəmkarən Məscidinə qədər yürüş təşkil edildi
-
İmameyn Əskəriyeyn (əleyhimə səlam) hərəmində muzeyin açılışı | Foto
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Onuncu İmam, Həzrəti Əliyyən Nəqi (əleyhi səlam) ilə On birinci İmam, Həzrəti Həsən Əskərinin (əleyhi səlam) müqəddəs hərəmlərində muzey təşkil olunur. Artıq muzeyə ilk qədim tarixi əsərləri yerləşdirmə işləri başlayıb. Belə ki, Səfəvi dövrünə aid olan və 2006-cı ildə ABŞ və sionist qüvvələrin planları əsasında hərəm daxilində həyata keçirilən partlayış nəticəsində ciddi xəsarət almış 840 yaşı olan Sərdabə pəncərəsi, Həzrəti Əbülfəzlil Abbasın hərəminin nəzarəti altında emalatxanada təmir olunaraq muzeydə yerləşdirilib.
-
Fotoreportaj | İngiltərə: Fələstinli əsirlərə dəstək olaraq mitinqlər keçirilir
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İngiltərənin Şeflid şəhərində yüzlərlə Fələstin tərəfdarları mitinq keçirərək İsrail tərəfindən işgəncələr verilməsinə, körpələrin həbs edilməsinə, məhbusların tək kameraya salınmasına və eyni zamanda sionist parlamentin Fələstinli əsirlərin edam edilməsi ilə bağlı qanunun ləğv edilməsini tələb ediblər.
-
Fotoreportaj | İsrail ilə müharibədən sonra Livandakı xarabalıqların görüntüləri
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Müharibəyə görə evlərindən didərgin düşmüş livanlı sakinlərin yurdlarına qayıdaraq evlərinə dönüblər. Görüntülərdən müşahidə olunduğu kimi İsrail satanist qüvvələri kütləvi şəkildə Livanda yaşayış massivlərini dağıdaraq yerlə yeksan ediblər. Xeyli sayda yaşayış massivləri də yararsız hala gətirilib. Eyni halda dəccal İsrail ünsürləri hər an atəşkəs rejimini pozacaqları ehtimala görə, livanlı sakinlər qayıtdıqları şəhərlərdə qalmağa tərəddüd edirlər.