Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

21 iyun 2023

11:16:00
1374554

Müqavimət oxunun Təl-Əvivə qarşı “çox cəbhəli müharibəsi” sionistlər üçün acı və böyük kabusa çevrilib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən,  “Əl-Məyadin” şəbəkəsinin internet saytı analitik hesabatında işğal olunmuş ərazilərin sərhədlərində geniş yayılmış etibarsızlıq məsələsinə toxunaraq, çox cəbhəli müharibəni sionist rejim üçün ən böyük ekzistensial təhlükə kimi xarakterizə edib.

Əl-Məyadin işğalçı rejimin hərbi zəiflikləri və təhlükəsizlik boşluqlarını sadalayarkən müqavimət cəbhələrinin sionistlərə hücuma meylli olduğunu vurğulayır və aydınlaşdırır ki, Təl-Əvivin yeni siyasi və hərbi səyləri onların bu real qorxu və ekzistensial təhlükəyə təbii reaksiyalarıdır.

Əl-Məyadin hesabatının girişində oxuyuruq: Ötən illər ərzində işğalçı rejimin müharibə institutları və onun təhlükəsizlik üzrə beyin mərkəzləri öz hesabatlarında İran İslam Respublikasının öz periferik təhdidləri arasında ekzistensial təhlükə sayılan yeganə ölkə olduğunu təxmin ediblər. Lakin son illərdə baş verən hadisələr, sionist işğalçılarına ətrafda baş verən təhlükələrdən təhlükəsizlik qavrayışında böyük və fərqli bir dərketməni tətbiq etdi. Sionist rejimin problemlərinə əlavə edilən yeni ekzistensial təhlükə çox cəbhəli müharibənin açılmasıdır; Tədricən çağırış mərhələsini keçən və kabusa çevrilən bir təhlükə.

Əl-Məyadin işğalçıların bu böyük problemlə üzləşməyə hazırlığı haqqında yazıb: İşğal rejiminin ordusu bu yaxınlarda - və təəccüblü şəkildə - "nokaut" manevri həyata keçirdi və bu manevr zamanı bir neçə cəbhədən hücumları simulyasiya etdi. İşğalçılar bu manevrlə birdən çox cəbhədə böyük zərbələri idarə etməyi məşq etdilər və nəhayət, minlərlə raketin düşmə riski ilə üzləşdilər; Hətta həmin hücuma hazırlıq məşqində də İsrailin daxili cəbhəsi çoxlu xəsarət aldı...

Bu xəbərin davamında oxuyuruq: Ramazan ayının sonunda baş verənlər təhlükəsizlik sistemi və işğalçı rejimin “ordu”su üçün həyəcan təbili çaldı. Livan, Suriya və Qəzza zolağından raketlərin atılması, işğal altındakı İordan çayının qərb sahilində böyük əməliyyatın həyata keçirilməsi və İsrailin buna zəif cavab verməsi “İsrail”in etibarını zədələyib, imicini sındırıb. Bu zəiflik qarşı tərəfin hərbi təşəbbüsü ehtimalını da artırdı; Belə ki, Tel-Əvivlə mübarizə yolları müqavimət üçün çoxaldı və artdı...

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!