Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

6 aprel 2023

09:21:00
1356436

Mübariz Qurbanlı: "118 ŞİƏ din xadimi işindən uzaqlaşdırılıb"

O, sionizim, Rusiya, qərb və ABŞ-ın maraqlarına cavab verən, Bakıda Azərbaycan İslam Modeli üzrə təhsil almış və İlham Əliyev dövlətinin maraqlarını ifadə etməyə qadir olan 120-yə yaxın şəxsin Dini Komitə tərəfindən məscidlərə təyinat aldığını, 118 Şiə din xadiminin isə işindən uzaqlaşdırıldığını deyib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Azərbaycana qanunsuz yollarla hakim kəsilmiş anti-Şiə əliyevlər sülalə rejiminin Şiələrə qarşı qara piarı və təqibləri səngimir.

Sülalə rejiminin anti-İslam komitəsi olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin piyanıska sədri Mübariz Qurbanlı son illərdə apardığı anti-Şiə siyasətinin nəticələri barədə jurnalistlərə verdiyi müsahibəsində deyib:

“İran rejimi ölkəmizdəki məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb. Bunun qarşısını almaq üçün Dini Komitə kifayət qədər səbrlə, məqsədyönlü şəkildə iş aparıb.”

O, sionizim, Rusiya, qərb və ABŞ-ın maraqlarına cavab verən, Bakıda Azərbaycan İslam Modeli üzrə təhsil almış və İlham Əliyev dövlətinin maraqlarını ifadə etməyə qadir olan 120-yə yaxın şəxsin Dini Komitə tərəfindən məscidlərə təyinat aldığını, 118 Şiə din xadiminin isə işindən uzaqlaşdırıldığını deyərək bildirib:

"İran rejimi dini ideologiya və siyasət adı altında təlqin etməyə çalışır, Azərbaycan və digər ətraf ölkələrə özünün dövlət din modelini yaymaq istəyir. Azərbaycanda da bu təbliğatı aparmaq üçün sosial şəbəkələr üzərindən kampaniyalar aparıb. Bunun qarşısını almaq üçün geniş işlər görülüb və görülməkdədir".

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!