13 fevral 2022 - 17:37
Radikal buddist Hindistan dövləti hicab qadağasını “daxili məsələsi” adlandırıb!

Arindam Bağçi: “Karnatakadakı bəzi təhsil müəssisələrində geyim növü məsələsi hazırda bu bölgənin Ali Məhkəməsində araşdırılır.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, radikal buddist Hindistan dövlətinin Xarici İşlər Nazirliyinin sözçüsü ölkədə Hicab qadağasının daxili məsələ olduğunu bildirib(!).

Radikal buddist Hindistan dövlətinin Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçi deyib ki, bu yaxınlarda mediada yayılan hicab qadağası məsələsinə Karnataka Ali Məhkəməsi baxır və başqalarının ölkənin daxili işləri ilə bağlı şərhləri nəzərə alınmayacaq.

O, əlavə etdi ki, Karnatakadakı bəzi təhsil müəssisələrində geyim növü məsələsi hazırda bu bölgənin Ali Məhkəməsində araşdırılır.

Bağçinin açıqlamaları ABŞ-ın Dini Etiqad Azadlıqları üzrə Beynəlxalq Komissiyasının Karnatakada Hicab qadağasını “din azadlığının pozulması, qadın və qızların alçaldılması və təcrid edilməsi” elan etməsindən bir gün sonraya təsadüf edir.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!