7 avqust 2017 - 09:29
Telaferi İŞİD-dən qurtarma əməliyyatı

İraq Məclisinin sədri Səlim əl-bazar isə ABŞ-ın Bağdad səfiri Douglas Silliman ilə reallaşdırdığı görüş çərçivəsində, ölkənin şimalı ilə qərbində İŞİD-in əlində olan torpaqların geri alınması üçün beynəlxalq koalisyadan daha çox koordinasiya lazım olduğunu söylədi.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Nazirlik tərəfindən edilən yazılı açıqlamada, bütün hərbi vahidlərin Telafer əməliyyatına hazır olduğu bildirib. Şiə Haşdi Şabi üzvlərinin əməliyyata aktiv bir şəkildə qatılacağı, İraq təyyarələrinin də əməliyyat çərçivəsində İŞİD hədəflərini havadan bombalayacağı bildirilib.

İraq Məclisinin sədri Səlim əl-bazar isə ABŞ-ın Bağdad səfiri Douglas  Silliman ilə reallaşdırdığı görüş çərçivəsində, ölkənin şimalı ilə qərbində İŞİD-in əlində olan torpaqların geri alınması üçün beynəlxalq koalisyadan daha çox koordinasiya lazım olduğunu söylədi.

Silliman da Bağdad rəhbərliyinə terrora qarşı verdiyi mübarizədə dəstək olmağa diqqət göstərdiklərini, İraqın ərazi bütövlüyünün təhlükəsizlik və sabitliyinin təmin edilməsində bunun əhəmiyyətli bir addım olduğunu vurğuladı.

İraq Baş naziri Heydər əl-İbadi, Telaferi İŞİD-dən qurtarma əməliyyatı üçün bütün hərbi hazırlıqların tamamlandığını bildirib.

Qeyd edək ki terror təşkilatı olan İŞİD, Mosul şəhəri mərkəzindən 63 kilometr qərbdə yerləşən, Türkmənlərin yaşadığı Telaferi 16 İyun 2014-cü ildə ələ keçirmişdi.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Etiketlər