10 mart 2017 - 04:25
 “Azərbaycanın ən böyük düşməni türklər olub” –  Azərbaycanlı akademik

Akademik Çingiz Qacar: “Məhz Osmanlı İmperiyası və türklər Təbrizi, Gəncəni dəfələrlə məhv edib. Azərbaycanın qədim ərazisi olan Çaldıran düzü hazırda Türkiyədədir, indiki Qars ərazisində yerləşir. Halbuki Çaldıran düzü bizim olub, orada yaşayan əhali indi də Azərbaycan dilində danışır…”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycanda yerli informasiya agentliyinə müsahibə verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik Çingiz Qacar (o Qacarilər sülaləsinə mənsub olduğu üçün familiyasın Qacar qoyub) Azərbaycanın ən böyük düşməninin məhz türklər olduğunu vurğulayıb.

O, müsahibəsində tarixi bir nüansa işarə edərək vurğulayıb ki, məhz Osmanlı İmperiyası və türklər Təbrizi, Gəncəni dəfələrlə məhv edib. Azərbaycanın qədim ərazisi olan Çaldıran düzü hazırda Türkiyədədir, indiki Qars ərazisində yerləşir. Halbuki Çaldıran düzü bizim olub, orada yaşayan əhali indi də Azərbaycan dilində danışır…

Akademik Çingiz Qacarın müsahibəsini təqdim edirik:

 

 “Türklərə görə Azərbaycan musiqisi yox olub

- Azərbaycanda bir çox tarixi hökmdarların analarının ayrı millətlərdən olması məsələsi son vaxtlar xüsusi olaraq qabardılır. Misal üçün, ayrı-ayrı şəxslər iddia edir ki, Şah İsmayıl Xətainin anası xristian olduğu üçün, o da xristian olub və sairə. Sizcə, bunu deyən alimlər nə dərəcədə haqlıdır?

- Bu cür yanaşmalar doğru deyil. Mən buna qəti şəkildə qarşıyam. Yəhudilərdə nəsil, kök ana ilə götürülür. Bizdə isə ata ilə. Nizami Gəncəvinin anası kim idi? Kürd idi. Bu o demək deyil ki, Nizami kürd şairi olub.

Ümumiyyətlə, mən “türk” sözünün də əleyhinəyəm. Mənim üçün ən əziz dil Azərbaycan dilidir. Gürcü bizə “tatar”, rus ayrı söz deyir. Bu baxımdan da türklər bizə çox ziyan gətirib. Hətta, ruslardan da çox ziyan vurub. Misal üçün, türklərə görə Azərbaycan musiqisi yox olub. Bizim çox gözəl təsniflərimiz, rəqslərimiz var idi. Hamısı tamam itib gedib. İndi axmaq-axmaq, melodiyasız mahnılar oxuyurlar. Bütün alver də türklərin əlindədir. Marketlərdə hər şey türkcə yazılır. Biz tarixi mahnılarla yaşayırdıq. Ancaq indi o mahnıların çoxu yox olub. Mən istəyirəm ki, hər şey sırf Azərbaycan dilində olsun. Ona görə də keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub. Tarixə baxın, görün Osmanlı İmperiyası Təbrizi neçə dəfə dağıdıb? Təbrizi, Gəncəni türklər yox edib, dağıdıb. Osmanlı qoşunu Çaldıran döyüşündə minlərlə türkü öldürüb. İndi də həmin Çaldıran düzü Türkiyədədir, indiki Qars ərazisində yerləşir. Halbuki Çaldıran düzü bizim olub, orada yaşayan əhali indi də Azərbaycan dilində danışır.

- Ermənilərin Qarabağa necə köçürülməsi barədə hansı məlumatlara maliksiz?

- Qacarların dövründə ermənilər İrandan Rusiyaya köçüblər, oradan isə Azərbaycan ərazilərinə yerləşdiriliblər. Rusiyadan gələn ermənilər təmiz Azərbaycan dilində danışa bilirdi. Ermənilər tarixən ticarət mərkəzləri olan ərazilərdə yaşamağa üstünlük veriblər. Ona görə də Azərbaycan ərazilərində ermənilər tarixən “İpək yolu” üzərində, ticarət olan yerlərdə məskunlaşıblar. Harada alver olurdusa, ermənilər də gedib orada yaşayırdı. Gəncə də “İpək yolu” üzərində yerləşirdi. Ona görə də Gəncəyə xeyli erməni köçmüşdü, Gəncə əhalisinin az bir hissəsi erməni idi.”

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə KM.ru rus xəbər portalına verdiyi müsahibəsində Azərbaycanlıların türk deyil məhz Azərbaycanlı olduqlarını xatırladıqdan sonra Türkiyənin Azərbaycandakı 5-ci kaloniyası genişmiqyaslı şantaj əmliyyatına başlayaraq insanlara özlərinə türk deyil Azərbaycanlı dedikləri üçün “MƏN ERMƏNİYƏM” damğasını vurdular.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags