Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Fransadan Tehrana gələn həmkarı Jan-Mark Eyro ilə birlikdə mətbuat konfransı keçirib.
Jan-Mark Eyro Tehrana səfərinin səbəbini nüvə razılaşmasının müdafiəçisi olduqlarını göstərmək üçün reallaşdığını qeyd edib.
İran İslam Respublikasının Xarici İşlər Naziri isə, ABŞ-ı dünya ictimaiyyətində yeni gərginlik yaratmaqda ittiham edib.
Cənab Naziri Məhəmməd Cavad Zərif vurğulayıb: “Ümid edirik ki, ABŞ-ın yeni rəhbərliyi İran İslam Respublikasının nüvə proqramını bəhanə edərək yeni gərginlik yaratmaz.”
Daha sonra cənab Muhəmməd Cavad Zərif bildirib ki, rəsmi Tehran ABŞ Prezidenti Donald Trampın 7 ölkə vətəndaşlarına o cümlədən İran İslam Respublikası vətəndaşlarına ölkəyə giriş qadağası sərəncamə verməsinə cavab olaraq viza verilməsini dayandıracaq.
İran İslam Respublikasının Xarici İşlər Naziri bu qaydada istisna hallarının olacağınıda vurğulayıb: “Əgər istisnalar olsa bu hallar Xarici İşlər Nazirliyində baxılacaq və daha sonra qərar qəbul ediləcək.”
Xatırladaq ki, ötən həftə ABŞ-ın yeni Prezidenti Donald Tramp qaçqınların ölkəyə girişini 120 gün məhdudlaşdırıb. Bunda əlavə, İraq, İran, Suriya, Sudan, Liviya və Somali vətəndaşlarına 90 gün ABŞ ərazisinə girmək qadağası tətbiq edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır