Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - General Eiland İsrailin onuncu kanalına verdiyi müsahibədə bunları söylədi: 'Hizbullah ilə döyüşə girməkdən qorxmanın səbəbi Hizbullahın kütləvi qırğın silahlarına malik olması ehtimalı deyil. Bu qorxunun səbəbi, İsrail kəşfiyyatının qiymətləndirməsi istiqamətində, Hizbullahın müxtəlif mənzillərdə 130 min raketə sahib olmasıdır '
Eiland, İsrailin Suriyaya hücumunu əhəmiyyətsiz olaraq xarakterizə edib.
Sionist Rejim Daxili Təhlükəsizlik Şurasının keçmiş sədri, İsrail Müdafiə naziri Aviqdor Liebermanın, 'İsrail əsla inkişaf etmiş silahların Hizbullahın əlinə keçməsinə icazə verməyəcək' istiqamətindəki iddiasına toxunaraq, bu tip şərhlərin bilvasitə Hizbullahın gücünün etirafı olduğunu ifadə etdi.
Bu Sionist General, Suriya müharibəsinin sona çatması ilə Hizbullahın bu döyüşün qaliblərindən biri olacağını söylədi. 'Belə bir vəziyyətdə İsrail çətin seçimlər etməlidir və bu vəziyyətdə Hizbullaha qarşı bir döyüşə girməməlidir.' deyə bildirib.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!