Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, əksəriyyətini buddist təşkil edən Miyanma İttifaq Respublikasının hərbiçiləri yüzlərlə Ruhincalı Müsəlman ailələri ev və diyarlarından çıxmağa məcbur edərək tarlalarda gecələməyə məcbur ediblər.
Məlumata görə, Myanma hərbiçiəri ikimindən artıq əhalisi olan bir kəndə hücum çəkərək kəndin bütün əhalisini şəxsi mülklərindən çıxmaqlarını tələb ediblər. Müsəlmanlara yalnız zəruri vəsaillərini götürməyi icazə verən hərbiçilər onların hansı istiqamətə və kimin yanına getməsini göstərməyiblər.
Qeyd edək ki, BMT-nin məlumatına görə, dünyada ən çox zülmə və əziyyətə məruz qalan etnik azlıqlardan biri də Rohinca Müsəlmanlarıdır. Belə ki, Miyanmada onların sayı 1.3 milyonu keçməsinə baxmayaraq lakin hələ də bu xalqa Myanmada vətəndaşlıq hüququ verilmir.
Son 3 ildə isə, Myanma dövləti Raxin əyalətində “ifratçı buddaistlər” adı ilə, minlərlə Rohincalı Müsəlmanı vəhşicəsinə qətlə yetirərək, 40 min nəfəri həbs etmiş və yüz mindən artıq Rohincalını ata-baba yurdundan didərgin salmışdsır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır