Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ və onun Qərbli müttəfiqləri Rusiya Federasiyasına qarşı apardıqları təzyiqli siyasətlərinin davamında Ukraniyadan bufer kimi istifadə edirlər. Elə Ukraniya – Rusiya müharibəsini qızışdırmaq da, bu siyasətin davamıdır...
Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy bildirib: “Biz silah əldə edirik, ö cümlədən letal silahları. Və heç kim bunu müstəqil Ukraynaya qadağan edə bilməz. Başqa məsələdir ki, adətən dövlətlərin adları açıqlanmır. Lakin deyə bilərəm ki, tək Avropadan belə ölkələrin sayı 10-dan çoxdur”.
Valeri Çalıy ABŞ-ın Ukraynaya silah verilməsini dəstəkləyərək bildirib: “ABŞ hazırda Ukraynaya zirehli texnika, hərbi rabitə vasitələri, gecə görmə cihazları, radarlar, tibbi avadanlıq verir, kosmik kəşfiyyat məlumatları ilə bölüşür”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır