Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, BMT Təhlükəsizlik Şurasında Ukrayna üzrə iclas keçiriləcək
Yanvarın 26-da BMT Təhlükəsizlik Şurasında Ukrayna üzrə fövqəladə iclasın keçirilməsi planlaşdırılır.
bu barədə BMT-nin mənzil qərargahındakı diplomatik mənbə bildirib.
“Bəyanatın mətninə dair danışıqlar davam edir. Çox güman ki, Təhlükəsizlik Şurasının Ukraynadakı son hadisələr ilə əlaqədar iclası yanvarın 26-da baş tutacaq”, deyə mənbə bildirib.
Qeyd olunur ki, bəyanat layihəsini Böyük Britaniyanın nümayəndə heyəti irəli sürüb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır