24 yanvar 2015 - 19:07
Kəşmir Müsəlmanları mənfur Çarli Hebdo jurnalının İslam Peyğəmbərinə (s) etdiyi təhqirə qəzəbləndilər – Foto

Hindistan güc strukturları Məsciddən çıxaraq təzahürata qoşulan nümayişçilərə zəhərli gözyaşardıcı qazlardan, səs bombalarından və s. silahlardan istifadə ediblər. Həmçinin Hindistan güc strukturları Cümə Günü Cümə namazından sonra təşkil olunacaq aksiyanın qarşısını almaq məqsədi ilə, əlavə olaraq Səringar şəhərinin qədim nahiyyəsinə gediş gəlişi də qadağan ediblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kəşmirin Hindistan nahiyyəsində yaşayan Müsəlmanlar Fransada “işıq üzü” görən mənfur Çarli Hebdo jrnalının Böyük İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alih) qarşı etdiyi həqarətə qarşı çıxaraq, etiraz ünvanında Kəşmirin bütün ticart mərkəzlərini tətil ediblər.

Kəşmirdən verilən məlumata görə, Sirinqar şəhərində Çarli Hebdo jurnalına qarşı etiraz aksiyaları bərpa edən qəzəbli nümayişçilər Hindistan polis qüvvələri tərəfindən hücuma məruz qalıblar.

Belə ki, Hindistan güc strukturları Məsciddən çıxaraq təzahürata qoşulan nümayişçilərə zəhərli gözyaşardıcı qazlardan, səs bombalarından və s. silahlardan istifadə ediblər.

Həmçinin Hindistan güc strukturları Cümə Günü Cümə namazından sonra təşkil olunacaq aksiyanın qarşısını almaq məqsədi ilə, əlavə olaraq Səringar şəhərinin qədim nahiyyəsinə gediş gəlişi də qadağan ediblər.

Məlumatlara görə, Hindistan polis qüvvələri Kəşmirin Azadlıq Hərakatının yüksək rütbəli məsul şəxslərindən biri olan Muhəmməd Yasin Məlik cənablarını də qanunsuz olaraq həbs ediblər.

Qeyd edək ki, azğın sionist qüvvələrinin mənfur planları çərçivəsində İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alih) qarşı təhqir kompaniyasını həyata keçirən və modern cahiliyyətini təbliğ edən Çarli Hebdo jurnalına qarşı etiraz kompaniyaları dünyanın bütün ölkələrində səngimək bilmir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags