Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:
1. Fironların Sonu
Həzrət Musa (əleyhis-salam) öz möcüzələri ilə Firon və tərəfdaşlarını tövhidə və Bəni-İsrailin xilasına dəvət etmişdir. Lakin onlar İlahi ayələri inkar etdikləri üçün dənizdə qərq oldular (Əraf, 103-137).
2. Firon sehrbazlarla Hz. Musanın (ə) möcüzələrinə qarşı çıxmaq istədi
Firon Musa (əleyhis-salam) peyğəmbərin əsa və ağ əl kimi möcüzələrini gördü; Lakin o, sehrbazları Həzrət Musa (ə.s) ilə qarşılaşmağa çağırdı (Əraf/105-108).
3. Sehrbazların iman gətirməsi
Fironun sehrbazları Həzrət Musanın (əleyhis-salam) möcüzələrini sehr hesab edirdilər. Onlar haqqı gördükdə iman gətirdilər və dirəniş göstərərək sabitqədəm oldular (Əraf/111-126).
4. Fironun İsrail övladlarını hədələməsi
Firon Bəni-İsraili hədələdi, lakin Musa peyğəmbər (əleyhis-salam) onları səbrə çağıraraq qurtuluş vəd etdi (Əraf/127-129).
5. Fironlulara müxtəlif bəlalar nazil oldu
Firon və onun xalqı müxtəlif bəlalara düçar oldu. Lakin onlar başlarına gələnlərdən heç bir ibrət almadılar. Buna görə də onlardan intiqam alındı və onlar dənizdə boğuldular (Əraf, 130-137).
6. Bəni-İsrail qurtuluşdan sonra qəflət etdi
İsrail övladları Hz. Musa ilə (əleyhis-salam) dənizi keçdilər, bütpərəst bir xalq gördülər və onlar kimi bir bütə sahib olmaq istədilər. Hz. Musa (əleyhis-salam) bu işi onlara qadağan etdi və Allahın nemətlərini onlara xatırladı (Əraf/138-141).
7. Musa peyğəmbərin (əleyhis-salam) missiyası
Həzrət Musa (əleyhis-salam) Miqata getdikdən və Allahla danışdıqdan sonra peyğəmbərliyə seçildi və Tövratı Allahdan lövhələr şəklində aldı (Əraf/142-145).
8. Bəni-İsrailin buzov sitayişi ilə azğınlığı
Həzrət Musan (əleyhis-salam) peyğəmbərin qeybətindən sonra Bəni-İsrail buzova ibadət etdi və azğınlığa düçar oldu (Əraf/148-153).
9. Həzrət Musanın (əleyhis-salam) İsrail övladlarını məzəmmət etməsi
Həzrət Musa (əleyhis-salam) Miqatdan qayıtdıqdan sonra Bəni-İsrailin Samiriyə uyaraq buzova ibadət etdiyini gördü və onları məzəmmət edərək tövbəyə və islahata dəvət etdi (Əraf/150-154).
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Sizin rəyiniz