çarli hebdo
-
İslam Peyğəmbərinə Dəstək Kompaniyası Davam Edir
İngiltərə Müsəlmanları mənfur Çarli Hebdo jurnalına qarşı etiraz aksiyası keçiriblər – Foto
Etiraz aksiyasına toplaşanlar müxtəlif şüarlar səsləndirərək əllərində “Peyğəmbərin Müdafiəsinə Qalxın”, “Biz Peyğəmbəri (s) Sevirik”, “Roma Papası: Əgər Kiminsə Anasına Söyüş Söysəniz Döyülərsiniz” kimi sözlər yazılmış plakartlar tutublar.
-
İslam Peyğəmbərinə (s) Dəstək Kompaniyası Davam Edir
Tatarıstan Müsəlmanları İslam Peyğəmbərini (s) təhqir edənlərə qarşı etiraz aksiyası keçirtdilər - Foto
Tatarıstan Respublikası Müftiliyinin birinci müavini Rüstəm Həzrət Batrov: "Peyğəmbərə Sevgi heç bir sərhəd tanımır. Mövlud bayramı ilə əlaqədar keçirilən və bu yaxın günlərə təsadüf edən vəhdət həftəsi üzərindən bir ay keçib. Vəhdət həftəsi sadəcə Peyğəmbərimizi (səlləllahu əleyhi və alih) yada salmaq üçün bir fürsətdir. Necə ki, O hər gün bizim qəlbimizdə yaşayır. Bütün il boyu biz onun obrazını yaşıyırıq, Onu özümüzə nümunə gətiririk, buna görə də, əlbəttə ki, Mövlüd bayramı ilə kifayətlənmirik. Bütün bunlar həmin o dəyərlərdir ki, biz bütün həyatımız boyu onunla yaşayırıq.”
-
Səlib Yürüşlərinə Təpkilər Səngimir
Diyarbəkirdə 100 minlərlə Müsəlman İslam Peyğəmbərini (s) təhqir edənlərə qarşı mitinq təşkil etdi – Foto
Diyarbəkr vilayətinin samballı ruhanisi Müsəlmanlar arasında yaranmış ixtilaflara işarə edərək bildirib: “Bütün bu ixtilaflar qərbin fitnəsidir. Çünki onlar Müsəlmanların birliyindən bərk hürküyürlər. Əgər möhkəm bir ittifaqımız olsaydı onda bütün İslam Ümməti qərb dünyası qarşısında dayanardı və heç kim də İslami Müqəddəslərə qarşı təhqir etmək fikrində belə olmazdır”. Qeyd edək ki, möhtəşəm mitinqdə Müsəlmanlar ələrində “Kürdüstanda Hizbullaham”, “Biz Çariliyik Deyənlərə Lənət Olsun” və s. kimi şüarlar tutmuş və Muhəmməd Rəsulullah kimi bayraqlar ucaltmışlar.
-
İslam Peyğəmbərinə (s) Dəstəklər Səngimir
Kəşmir Müsəlmanları mənfur Çarli Hebdo jurnalının İslam Peyğəmbərinə (s) etdiyi təhqirə qəzəbləndilər – Foto
Hindistan güc strukturları Məsciddən çıxaraq təzahürata qoşulan nümayişçilərə zəhərli gözyaşardıcı qazlardan, səs bombalarından və s. silahlardan istifadə ediblər. Həmçinin Hindistan güc strukturları Cümə Günü Cümə namazından sonra təşkil olunacaq aksiyanın qarşısını almaq məqsədi ilə, əlavə olaraq Səringar şəhərinin qədim nahiyyəsinə gediş gəlişi də qadağan ediblər.
-
İslam Dünyası
Somalili tələbələr İslam Peyğəmbərinə (s) qarşı təhqirlərə etiraz etdilər – Foto
Aksiyada iştirak edən oğlan tələbələrindən biri isə belə deyib: “Biz demirik ki, digərilərini qətlə yetirəcəyik, biz sadəcə bildirmək istəyirik ki, bizim Peyğəmbərimizə (səlləllahu əleyhi və alih) qarşı hörmətsizlik olunub. Hamı digərlərinin müqəddəslərinə və dəyərlərinə hörmətlə yanaşmalıdır. Biz bir birimizə hörmətlə yanaşmalıyıq”. O, daha sonra bildirib: “Biz Çarli Hebdo jurnalına xitab edərək deyirik ki, sən Çarli ola bilərsən amma biz isə Müsəlmanıq və Peyğəmbərimizə (səlləllahu əlıeyhi və alih) də sayğı bəsləyirik!”
-
Səlib yürülərinin Növbəti Senarisi
Paris anti-zorakılıq yürüşündə Suriya terrorçuların bayrağı da dalğalandı – Foto
Aksiyanın önündə isə, dünyanın bir nömrəli terrorçuları hərəkət edirmiş. Belə ki, Suriya və İraqda terror aktları törədən İŞİD və Nüsrə Cəbhəsi kimi azğın vəhşilərə hərbi və logistik yardımlar göstərən Türkiyə dövlətinin baş naziri Əhməd Davudoğlu, Afrikada xirttəyə kimi qana batmış Fransa dövlətinin prezidenti Fransua Oland və Fələstin torpalarını işğal etmiş qaniçən irqçi cühüd rejiminin qondarma baş naziri Benyamin Netanyaho və s. etiraz aksiyasının ön cərgəsində hərəkət edərək “zorakılığa” son qoyulmasını tələb ediblər(!).