6 noyabr 2024 - 14:30
Biz ABNA olaraq Həzrət Xanım Zeynəbin (səlamullahi əleyha) mövludu gecəsi münasibətilə Sizləri təbrik edirik!

İmam Səccad bibisi Zeynəb (s.ə) barəsində bildirir: "Kərbəlada bütün o müsibətlərə baxmayaraq, bibim Zeynəb hətta öz müstəhəb namazlarını da qılırdı, minacatlarını edirdi. Bütün bu məhrumiyyətlər, səfər yorğunluğu və yetimlərə nəvaziş onu bir an da Allahdan uzaq salmırdı".

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də Mədinə şəhərində Nübuvvət və İmamət (Peyğəmbərlik və İmamlıq) Xandanında İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (səlamullahi əleyha) dünyaya göz açıb.

Xanım Zeynəb (s.ə) yüksək əxlaqa, səbrə, əzəmətə, elmə və natiqliyə sahib bir xanım idi. Xanım Zeynəb, təkcə qadınlar arasında deyil, kişilər arasında da nümunəsi az-az tapılan bir qadın idi.

Onun əzəmətini dərk etmək və haqqını bilmək üçün yetər ki, məsum İmamların O, həzrət barədə buyurduqları kəlamlara diqqət yetirək.

İmam Səccad (əleyhi səlam) bibisi Zeynəb (səlamullahi əleyha) barəsində bildirir: "Kərbəlada bütün o müsibətlərə baxmayaraq, bibim Zeynəb hətta öz müstəhəb namazlarını da qılırdı, minacatlarını edirdi. Bütün bu məhrumiyyətlər, səfər yorğunluğu və yetimlərə nəvaziş onu bir an da Allahdan uzaq salmırdı".

Biz ABNA olaraq bu bərəkətli və nurani gün münasibəti ilə başda İmam Zaman (Allah Təala onun zühurunu tezləşdirsin) həzrətlərinə, Haqq Naibi İmam Xamenei həzrətlərinə və Ali Təqlid Mərcələrinə, ümümdünya Əhli Beyt (əleyhim səlam) Məktəbinin davamçılarına sonda bütün dünya xalqlarına təbrik ərz edirik!

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!