Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ukraynanın şərqində davam edən münaqişə nəticəsində ölənlərin sayı 5 minə çatıb
Bu barədə Birləşmiş Millətlər Təşkilatının insan haqları agentliyinin mətbuat katibi Rupert Kolvil bildirib.
O deyib ki, BMT insan haqları agentliyinin hərbi əməliyyatlar başlayandan bəri olan hesablamaları ölənlərin sayının rəsmi rəqəmlərdən (5068) daha yüksək ola biləcəyini göstərir.
BMT-nin hesablamalarına görə, son 9 gündə ölənlərin sayı 262 nəfər olub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır