Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Somalili tələbələr paytaxt Muqadişo şəhərində Fransanın Çarli Hebdo jurnalının karikaturasına qarşı etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları əllərində “JE SUİS MUSLİM” -“Mən Müsəlmanam” şüarı yazılmış plakartlar tutublar.
Etitaz aksiyasında iştirak edən qız tələbələrindən biri bildirib: “Biz bu etiraz aksiyasına gələrək demək istəyirik ki, Peyğəmbərə (səlləllahu əleyhi və alih) hörmətsizlik etmək biz Müsəlmanları təhqir etmək deməkdir. Biz hamımız Müsəlmanıq və vəhdət təşkil edirik. Biz sülh tərəfadrıyıq”.
Aksiyada iştirak edən oğlan tələbələrindən biri isə belə deyib: “Biz demirik ki, digərilərini qətlə yetirəcəyik, biz sadəcə bildirmək istəyirik ki, bizim Peyğəmbərimizə (səlləllahu əleyhi və alih) qarşı hörmətsizlik olunub. Hamı digərlərinin müqəddəslərinə və dəyərlərinə hörmətlə yanaşmalıdır. Biz bir birimizə hörmətlə yanaşmalıyıq”.
O, daha sonra bildirib: “Biz Çarli Hebdo jurnalına xitab edərək deyirik ki, sən Çarli ola bilərsən amma biz isə Müsəlmanıq və Peyğəmbərimizə (səlləllahu əlıeyhi və alih) də sayğı bəsləyirik!”



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır