Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fələstin Əsirləri İcmasının Qüds şöbəsinin sədri Nəsr Qovs ofisin keçirilən yığıncağında bildirib: “Sionist rejiminin hərbi qüvvələri Fələstinli yeniyetmə Muhəmməd Əbu Xidrini Şəhid etdikdən sonra, bu günə kimi 800 Fələstinlini heç bir cinayət törətmədən əsir tutublar”.
Nəsr Qovs həmçinin bildirib ki, əsir düşmüş 800 Fələstinlidən 200 nəfəri yeniyetmə və körpə uşaqdır.
O, daha sonra qeyd edib ki, əsir düşmüş vətəndaşların əksəriyyəti 51 günlük Qəzzə müharibəsi zamanı baş verib və onların əksər qismi Seyləvan, əl-Tur, əl-Səvanə və Vadiul Cəza məntəqə sakinləridir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır