Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Malaziyanın sabiq baş naziri Mahatir Muhəmməd yaxın günlərdə etdiyi çıxışlarının birində bildirib: “Biz hər hansı bir fərdin sırf əqidəsinin bizim əqidəmizə uyğun gəlmədiyi üçün, İslam və Müsəlmançılığını sual altına apara bilmərik”.
Anti-Şiə sabiq baş nazir daha sonra təkid edərək deyib: “Qurani Kərimdə təkcə vahid bir İslamdan söhbət açılır, amma bu bizik ki, müxtəlif səliqə və fikir mülahizələrimiz ucbatından hərəmiz İslamı bir cür təfsir edirik və nəticədə müxtəlif məktəb və məzhəblər meydana çıxıb”.
Mahatir Muhəmməd həmçinin vurğulayıb: “Düzdür ki, biz Şiələrin ölkəmizə səfər etmələrinin əleyhinəyik və bunu istəmirik, lakin bu, Şiələrin Kafir olmasına dəlil deyildir”.
M. Mahatir sonra deyib: “Təsüf edirəm ki, iş artıq elə yerə gəlib çatıb ki, biz Şiələri kafir bilir və onları öldürürük. Hal bu ki, onlar “Şəhadəteyni” (Allahın -cəllə cəlaluh- yeganəlikinə və Peyğəmbərin -əleyhi və alihi səlam- Allah Elçisi olmasına şəhadət verməklik) deyir, namaz qılır, Allah və Peyğəmbərə iman gətiriblər”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Mahatir Muhəmməd: Şiələr Kafir deyil
Malaziyanın saibiq baş naziri Mahatir Muhəmməd dövlətin Şiələrə qarşı etdiyi təzyiqlərə etiraf edib
16 sentyabr 2014 - 14:21
Xəbər kodu: 638165