15 sentyabr 2014 - 13:45
İmam Xamenei xəstəxanadan evə buraxıldıqdan sonra verdiyi müsahibəsində İran və digər Müsəlman xalqlarına öz təşəkkürünü bldirib

Qeyd edək ki, Böyük Rəhbər Ayətullah Seyyid Əli Xamenei, 8 gün öncə Tehranın Dövlət Xəstəxanalarının birində, səhər radələrində prostat vəzisindən cərrahiyyə əməliyyatı olmuşdur. Müvəffəqiyyət ilə həyata keçən əməliyyat nəticəsində Ali Lider sağlamlığını tam şəkildə ələ gətirmişdir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün, 15 sentyabr, 2014 tarix, 12:00 radələrində Ümümdünya Müsəlmanların Ali Lideri Ayətullah Seyyid Əli Xamenei cənabalrı, bir kurs müalicə aldıqdan sonra, xəstəxananı evə qayıtmaq məqsədi ilə tərk edib.

Sağlamlığını tam şəkildə ələ gətirən Dünya Müsəlmanlarının Ali Rəhbəri İRİB 1 tv kanalının jurnalistinə verdiyi müsahibəsində bildirib: “Mən, cismi sağlamlığımı tam ələ gətirmişəm. Qəlbim və ruhum isə, İran xalqının, ölkənin məsul şəxsiyyətlərinin həmçinin ölkə xaricində yaşayan digər Müsəlman xalqların mənim tezliklə sağalmağım üçün etdikləri dualarla doludur və bu mənə ağırlııq edir mən onlara öz təşəkkürümü bildirirəm...”

Qeyd edək ki, Böyük Rəhbər Ayətullah Seyyid Əli Xamenei, 8 gün öncə Tehranın Dövlət Xəstəxanalarının birində, səhər radələrində prostat vəzisindən cərrahiyyə əməliyyatı olmuşdur. Müvəffəqiyyət ilə həyata keçən əməliyyat nəticəsində Ali Lider sağlamlığını tam şəkildə ələ gətirmişdir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags