Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, artıq bir neçə həftədir ki, Yəmən Şiələri mövcud dövlətin naşı siyasətlərinə etiraz aksiyalarını şiddətləndiriblər. Belə ki, ötən Cümə günü 100 minlərlə Şiə paytaxt Sənada toplaşaraq sülhməramlı aksiya keçirtməklə hazırkı dövlətin istefasını tələb ediblər.
Dövlət müxalifətçiləri Cümə Namazını qıldıqdan sonra Sənanın Aeraport xiyabanında etiraz aksiyasına start veriblər.
Husi hərakatının rəhbəri Əbdül Məlik tərəfindən təşkil olunan bu aksiyada etirazçılar ölkədə iqtisadi durumun yaxşılaşdırılmasının və habelə mövcud dövlətin istefa verməsini tələb ediblər.
Qeyd edək ki, etiraz aksiyalarının yaranmasına əsas səbəb Yəmən dövlətinin yanacaqla bağlı olan xalqa verdiyi yardımı dayandırması olmuşdur.
Bildirək ki, Şiələrin etiraz aksiyası keçirtməkləri ilə yanaşı dövlət tərəfdarları da Sənanın əl-Sittin xiyabanında mövcud dövlətə dəstək ünvanında aksiya keçirdiblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır