Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün, Bakı vaxtı ilə 22:00-da Fələstin torpaqlarını işğal etmiş qanunsuz yəhudi rejimi Həmas Təşkilatının ortaya qoyduqları şərtləri, o cümlədən Qəzzə Zolağının mühasirədən azad olmasını, həmçinin Fələstin Xalqının bütün istəkləri haqqda danışıqlar aparmasına tam hazır olduğunu elan etməklə, Qəzzə ilə apardığı 50 günlük müharibədə rəsmən məğlub olduğuna etiraf etdi.
Böyük Qələbə bayramı ilə əlaqədar minlərlə fələstinli Qəzzədə Məscid və xiyabanlara çıxaraq ucadan təkbir (Allahu Əkbər) deyərək bu bayramı bir-birilərinə təbrik ərz ediblər.
İsmail Həniyyə sionist rejimə qarşı qələbə çalmağı Uca Allahın işi olduğu və Qəzzə Zolağında yaşayan xalqın səbr etmələri sayəsində ələ gəldiyini açıqlayaraq, siyasi arenada zahir olan fələstinli diplomatlara səmimi təşəkkürünü bildirib.
Həmasın spikeri Sami Əbu Zəhra da öz nitqində təkid edərək bildirib: “Bizim Qələbəmiz Qəzzənin mühasirədən azad olmasında deyil. Qələbəmiz Qüdsün Azad Olması üçün lazımı zərfiyyətlərin əmələ gəlməsindədir.”
O daha sonra bildirib: “Bu gün biz, Qəzzə Zolağının işğalçı rejimə qarşı Qələbə çaldığını elan edirik və bildiririk ki, biz, təpədən dırnağa kimi silahlanmış bir ordu üzərində Qələbə qazandıq. Biz bu Qələbəni ilk öncə Allah Təalaya, daha sonra isə Qəzzə Zolağında yaşayan xalqın göstərdikləri səbr və müqavimətə, habelə başda İzzuddin Qəssam briqadası olmaqla bütün qəhrəman Fələstin Müqavimət briqadalarına borcluyuq.”
Həmasın rəsmi spkeri həmçinin bildirib: “Sionist düşmən qüvvələri bu müharibəni öz tarixində ən uzun və ağır bir müharibə olduğunu açıqladı, biz isə bu müharinənin Qalibləriyik.”
Xatırladaq ki, Ümümdünya Müsəlmanların Ali Rəhbəri həzrəti Ayətullah Seyyid Əli Xamenei cənabları dəfələrlə işğalçı rejimin yer üzərindən əbədi olaraq silinəcəyinə vurğulayıb. Belə ki, çıxışlarında bildirib: “Qərb və haramzadə israil rejimi qarşısında Müqavimət göstərmək sonda Qələbə ilə nəticələnək.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır