Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, qaniçən işğalçı israil rejimin qırıcı təyyarələri ötən gün Qəzzə Zolağının yaşayış məntəqələrinə növbəti hücumlarını davam etdirib. Bombardiman zamanı xeyli sayda sivil vətəndaş dünyasını dəyişib.
Qəzzə Zolağının şimal məntəqəsindəki Beyt Hanun məntəqəsinə havadan endirilən ağır zərbələr, buradakı tarixi Məscidi hədəfə alaraq darmadağın edib. Hücm zamanı 7 fələstinli Şəhid olub.
Aldığımız məlumata görə, yəhudilərə məxsus F 16 təyyarələri həmçinin əl-Zeytun məntəqəsində yerləşən Əli ibn Əbu Talib (əleyhimə səlam) Məscidinə də iki raket zərbəsi endirib. Nəticədə Məscid ilə yanaşı bir neçə yaşayış evləri tamami ilə dağıdılaraq viran edilib. Çoxlu sayda Qurani Kərim kitabları yanaraq kül olub...
Qeyd edək ki, F 16 qırıcı təyyarələri məhz ABŞ tərəfində qanunsuz sionist rejiminə Fələstin xalqını qırmaq məqsədi ilə verilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır