6 iyul 2014 - 08:48
Tikritdə təkfirçi vali həbs olunandan sonra: Sünni və şiənin hər ikisi kafirdir

İraqın Tikrit şəhərində Məkişifə vilayətinin təkfirçi valisi təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduqdan sonra Əl-İraqiyyə kanalının müxbirinə deyib: Sünni və şiə tövbə edib, Əl-Bəğdadi ilə beyət etməzsə, onların hər ikisi kafirdir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İraqın Tikrit şəhərində Məkişifə vilayətinin təkfirçi valisi təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduqdan sonra Əl-İraqiyyə kanalının müxbirinə deyib: Sünni və şiə tövbə edib, Əl-Bəğdadi ilə beyət etməzsə, onların hər ikisi kafirdir.

O, iddia edib: Biz Bağdad paytaxt olmaqla bir xilafət dövləti yaratmaq istəyirik və bütün bütpərəstlik və şirk mərkəzlərini və məbədləri aradan götürəcəyik.

İraqın təhlükəsizlik qüvvələri ilə yanaşı olan Əl-İraqiyyə kanalının müxbiri bu təkfirçinin sözlərini kəsərək, deyib: Dediyin məkanlar elə məkanlardırlar ki, onlarda azan səsi eşidilir və namaz qılınır. Amma Məkişifədəki İŞİD-çi vali deyib ki, terrorçuların dağıdacaqları ilk məkan İmam Musa Kazim(ə)-ın ziyarətgahı olacaq, ondan sonra da İmam Əbu Hənifə Əl-Nemanın məqbərəsi dağıdılacaq.

O, Əbu Hənifə Əl-Nemanı İslamda bidət imamı adlandırıb və belə deyib: Şeyx Məhəmməd Əbdülvəhhabın yolunu getməyəcək hər bir iraqlı kafirdir. Sünni və şiə tövbə edib, Əl-Bəğdadi ilə beyət etməzsə, onların hər ikisi kafirdir. Əks halda, bizim təşkilatımız bütün iraqlıları, o cümlədən sünniləri, şiələri, xristianları, izədiləri, məndailəri, dünyəviçiləri, millətçiləri və hətta bəs-çiləri belə öldürəcək.

Tehran Radiosu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags