9 iyun 2014 - 12:35
Melbrun şəhər sakinləri Seyyid Həsən Nəsrullah və Bəşşar Əsəd cənablarına dəstək olduqlarını bildiriblər + Foto

Mərasimdə Avstraliyanın Paytaxtı Sidnidə yerləşən“Suriyalı Tələbələr Birliyi”nin sədri Xanım Hənadi Əsvəd, “Avstraliyalılar Suriya Üçün” adlı təşkilatın əlaqələr şöbəsinin sədri Doktor Ğəssan əl-Əşiyy, Suriya Bəs partiyasının Avstraliyadakı şöbəsinin katibi Fuzi Əmin və Suriya Xalq İctimaiyyəti partiyasının icraçı müdiri Əməd Əyyubi çıxış edərək Hizbullah Müqavimət Təşkilatı və Suriya Dövlətinin siyasətlərinə dəstək olduqlarını bildiriblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Avstraliyanın Melbrun şəhərində yüzlərlə sakin Bəşşar Əsəd cənablarının Suriya Prezident seçkilərində qələbə qazanması münasibəti ilə mərasim keçirdiblər.

“Avstraliyalılar Suriya Üçün” adlı təşkilatın bir dəstə üzvləri, ötən gün Melbrun şəhərində qələbə mərasimin qeyd ediblər. Mərasim iştirakçıları Suriya Dövlət bayrağını, Livan Hizbullah Müqavimət Təşkilatının bayrağını, Avstraliya Dövlətinin bayrağını və habelə Höccətül İslam Seyyid Həsən Nəsrullah və Bəşşar Əsəd cənabların şəkillərini əllərində tutaraq göyə ucaldıblar.

Mərasimdə Avstraliyanın Paytaxtı Sidnidə yerləşən“Suriyalı Tələbələr Birliyi”nin sədri Xanım Hənadi Əsvəd çıxış edib...

Daha sonra “Avstraliyalılar Suriya Üçün” adlı təşkilatın əlaqələr şöbəsinin sədri Doktor Ğəssan əl-Əşiyy, Suriya Bəs partiyasının Avstraliyadakı şöbəsinin katibi Fuzi Əmin və Suriya Xalq İctimaiyyəti partiyasının icraçı müdiri Əməd Əyyubi çıxış edərək Hizbullah Müqavimət Təşkilatı və Suriya Dövlətinin siyasətlərinə dəstək olduqlarını bildiriblər.

Mərasim iştirakçıları bir daha məzlum Suriya Xalqının dərdinə şərik olduqlarını və Suriya Milli Ordusuna dəstək verdiklərini elan ediblər.

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags