Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyənin Uşak vilayətinin bələdiyyəsi Nurullah Cihan Xocalı soyqırımı qurbanlarının xatirəsinə tikilən abidənin üzərindəki, “soyqrım” kələməsini “qətliam" kəlməsi ilə əvəz etmək barəsində qərar qəbul edib. Məlumata görə, o, bu addımı Türkiyə hökumətinin qərarı ilə atıb.
Belə ki, Türkiyədə yaşayan ermənilər abidənin adına görə etiraz ediblər. Onları razı salmaq məqsədi ilə də Uşak bələdiyyəsi belə bir addım atıb. Türkiyə Xarici İşlər Nazirliyindən isə bu addımı rəsmi Ankaranın Ermənistanla münasibətləri pozmaq isməməsi ilə cavab veriblər. Belə olan halda Türkiyənin rəsmi dairələrinin açıqlamalarında Xocalı soyqırımı ifadəsinin işlənilməsi ilə, abidənin üzərindən soyqırımı ifadəsinin silinməsi məhz ikili standartlardan xəbər verir.
Qeyd edək ki, abidənin açılışı bu ilin fevra ayında baş tutub. O vaxt ki bələdiyyə sədri Əli Ərdoğan da mərasimdə iştirak edib. Açılış mərasimində Xocalının sabiq icra başçısı millət vəkili Elman Məmmədov da iştirak edib. Onun bildirdiyinə görə, abidənin üzərindən soyqırım ifadəsinin silindiyindən xəbərsizdir.
Millət vəkili Elman Məmmədov həmçinin dünyanın bir çox ölkələrində Xocalı Soyqırımının tanınmasına işarə edərək bildirib: " Belə bir vaxtda qonşu qardaş ölkənin bu addımına xəyanətdən başqa bir söz tapmıram”.
ABNA- Xəbər Agentliyi Xarici KİV-ə istinadla
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır