21 aprel 2014 - 12:57
Azğın “İŞİD” qruplaşmasının Qüds qanadı yaradıldı – Qəzzə höküməti daxili terrorçularla üzləşməli oldu + Foto

Qeyd edək ki, Əbu Nur Müqəddəsi ləqəbi ilə məşhur olan Əbdül Lətif Musa “təkfirçi” sektanın Qəzzə Zolağındakı aktiv təbliğatçısı olmuş və “Cundu Ənsarullah” silahlı qruplaşmasına komandirlik edirmiş. 2009-cu ildə Həmas təşkilatı onun evini dağıtmaqla Əbdül Lətifi öldürmüşdür.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Müsəlmanların qanlarının axıdılmasını vacib bilən azğın “təkfirçi” sekta qondarma “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşmanın qanadının Qəzzə Zolağında yaratdığını elan edib.

Fələstin torpaqlarını işğal etmiş sionist israil rejimi ilə əməkdaşlıq edərək Suriyada Msəlmanlara qarşı “cihad” elan etmiş sələfi-vəhhabi yaraqlıları Qəzzədə yenicə yaratdıqları anti-Müsəlman təşkilat vasitəsi ilə, Qəzzə hökümətindən “Şəriət” qanunlarına uyğun şəkildə idarə etməkliki tələb ediblər.

Suriyada Müsəlmanları qanlarına qəltan edən qondarma “İŞİD” adlı yaraqlı ünsürlər bildiriblər: “Biz, “Şeyx Əbu Nur Muqəddəsi Briqadası”nı artıq yaratmışıq və hazırda briqada üzüvləri təlimlərə başlayıblar.”

Qeyd edək ki, Əbu Nur Müqəddəsi ləqəbi ilə məşhur olan Əbdül Lətif Musa “təkfirçi” sektanın Qəzzə Zolağındakı aktiv təbliğatçısı olmuş və “Cundu Ənsarullah” silahlı qruplaşmasına komandirlik edirmiş. 2009-cu ildə Həmas təşkilatı onun evini dağıtmaqla Əbdül Lətifi öldürmüşdür.

Əbdül Lətif 2009-cu ilin avqust ayında Qəzədə yerləşən İbni Teymiyyə Məscidində çıxış edərək “Fələstində İslam Əmirliyi” adlı qondarma dövlət yaratdığını elan etmiş və Qəzzə dövlətindən də İslam Şəriətinə əməl etməkliyini tələb etmişdir.

 

 

 

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags