18 aprel 2014 - 05:37
Qondarma “İŞİD” terrorçu qruplaşmanın ən xətərli ünsürü Kərkük əyalətində yaxalandı

General Əbdül Əmir Zeydi: “Həbs olunan ünsür “İŞİD” terrorçu qruplaşmanın əsas şaxələrindən biridir. O, Kərkük əyalətində bomba qurğuları ilə yüklənmiş maşınlar vasitəsi ilə, həyata keçirilən terror əməliyyatlarının baş məsuludur. Hazırda yaraqlı istindaq və təftiş işlərinin tamamlanması məqsədi ilə, təhlükəsizlik qüvvələrinə aid mərkəzlərin birinə göndərilib.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Respublikasının “Dəclə Əməliyyatı” adı altında yaratdığı anti-terror indarənin komandiri General Əbdül Əmir Zeydi yayımladığı bəyanatda bildirib: “Dünən sübh radələrində ölkə təhlükəsizlik qüvvələrinin Kərkük əyalətində müştərək həyata keçirtdikləri əməliyatlar nəticəsində qondarma “İraq və Şam İslam Dövləti” adlı azğın yaraqlı qruplaşmanın ən təhlükəli komandirlərindən biri yaxalanıb.”

General Əbdül Əmir Zeydi daha sonra bildirib: “Həbs olunan ünsür “İŞİD” terrorçu qruplaşmanın əsas şaxələrindən biridir. O, Kərkük əyalətində bomba qurğuları ilə yüklənmiş maşınlar vasitəsi ilə, həyata keçirilən terror əməliyyatlarının baş məsuludur. Hazırda yaraqlı istindaq və təftiş işlərinin tamamlanması məqsədi ilə, təhlükəsizlik qüvvələrinə aid mərkəzlərin birinə göndərilib.”

Qeyd edək ki, Bağdadın şimal istiqaməti ilə 250 km məsafədə yerləşən Kərkük əyaləti demək olar ki, daim terror aktları ilə üzləşən əyalətdir.

Türkiyə vasitəsi ilə Kərkük əyalətinə nüfuz edən yaraqlıların əsas hədəfləri sakinlər və İraq Təhlükəsizlik Qüvvələrinin əməkdaşlarıdır.

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags