Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livan ordu birlikləri dünən axşam saatlarında Suriya sərhədlərinə yaxın İrsal bölgəsində terrorçuların gizlin qərərgahlarına basqın təşkil edib.
Livan Təhlükəsizlik Orqanlarındakı qaynaqların mətbuata verdiyi açqlamalarda, yaraqlı ünsürlərə qarşı aparılan xüsusi təyinatlı əməliyyatda güclü partlayıcı qurğuların hazırlanmasında ən böyük rolu olan azğın bir terrorçu ilə, Suriyadan İrsal bölgəsinə qaçan 7 yaraqlının həbs olunduqlarını ifadə edib.
Tutulan terroristlərin üzərində çox əhəmiyyət kəsb edən sənədlərin olduğunu və onların hammısının salim sürətdə ələ keçirildiyini bildirən qaynaq deyib: “Yaxaladığımız terrorçular sırasında ən amansızı, güclü partlayıcı qurğuların hazırlanmasında günahlandırılan Məhəmməd əl Qasım adlı təkfirçidir.
ABNA- Xəbər Agentliyi SANA-ya istinadla
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır