Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Tramp bu həftə İranın bəzi bölgələrinə hücumların yenidən başlanacağını açıqladığı halda, ötən ay ABŞ ilə İran arasında atəşkəsin uzadılmasını və Hörmüz boğazının yenidən açılmasını alqışlamış, dünya gəmilərinə "mühərriklərinizi işə salın" çağırışı etmiş və Yaxın Şərq ölkələrinə müraciətlə demişdi: "Qoy neft axmağa davam etsin!"
İRNA-nın məlumatına görə, qəzetin təhlilçisi Trampın mövqeyini yenidən dəyişməsinə və dünən İranın daha çox nöqtəsinin hədəfə alınacağı ilə bağlı sərt bəyanatına toxunaraq yazır: ABŞ prezidentinin bu cəsarətli ritorikasına baxmayaraq, yeni gərginliyin iqtisadi, siyasi və diplomatik xərclərini, xüsusilə noyabr ayında keçiriləcək aralıq seçkiləri yaxınlaşdığı bir vaxtda, necə idarə etməyi planlaşdırdığı aydın deyil.
Qəzetə danışan respublikaçı strateq Ron Boncian bildirib: Görünür, Tramp İran məsələsində yolun sonuna gəlib. Reallıq budur ki, bu məsələnin həlli zaman aparacaq. Bu qarşıdurmanın başa çatması aylarla, hətta illərlə davam edə bilər.
Sizin rəyiniz