29 iyun 2026 - 09:51
Source: IRNA
Bəqayi Qərb və Şərq ölkələrinə xəbərdarlıq etdi: Təcavüzkar tərəflərə texniki və logistik dəstək göstərmək təcavüzə şəriklik deməkdir

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü təcavüzkar tərəflərə «texniki və logistik» xidmətlərin göstərilməsini qanunsuz müharibənin aparılmasında birbaşa və aşkar rol oynamaq, eləcə də beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İsmayıl Bəqayi X sosial şəbəkəsində İtaliya rəsmilərinin ölkələrinin ABŞ-sionist rejimin İrana qarşı tətbiq etdiyi məcburi müharibədə iştirakını yalnız «texniki və logistik dəstək» səviyyəsində qiymətləndirməsi və bu əsasla İrana qarşı müharibədə hər hansı əməkdaşlığı inkar etməsinə münasibət bildirərək yazıb:

Bu, böyük beynəlxalq hüquq pozuntusunda şərikliyə görə məsuliyyətdən yayınmaq məqsədi daşıyan açıq ziddiyyət və sofistikadır. Bir tərəfdən təcavüzkarlara hər hansı yardım və ya dəstək göstərdiyinizi açıq şəkildə inkar edir, digər tərəfdən isə təcavüzkar tərəflərə “texniki və logistik” xidmətlər göstərdiyinizi etiraf edirsiniz. Halbuki məhz həmin xidmətlər ABŞ-İsrailin İrana qarşı qanunsuz təcavüzkar müharibəsini mümkün edib və onun həyata keçirilməsini asanlaşdırıb.»

O əlavə edib:

Təcavüzkar tərəflərə “texniki və logistik” xidmətlərin göstərilməsi əslində qanunsuz müharibənin aparılmasında birbaşa və aşkar rol oynamaq, açıq təcavüz aktında iştirak etmək və beynəlxalq hüququ kobud şəkildə pozmaqdan başqa bir məna daşımır.

Sizin rəyiniz

You are replying to: .
captcha