Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatı bildirib ki, ötən gün (şənbə) səhər saatlarında Hörmüz boğazında bir neft tankeri naməlum mərminin hədəfinə çevrilib.
Məlumata əsasən, indiyədək ətraf mühitə hər hansı ziyanın dəydiyi barədə məlumat verilməyib.
Məsul qurumlar mərminin mənşəyi və hadisənin təfərrüatları ilə bağlı araşdırmalara başlayıblar. Tankerin adı, bayrağı və hərəkət marşrutu isə hələ açıqlanmayıb.
Sizin rəyiniz