15 iyun 2026 - 19:31
Source: IRNA
Associated Press: Hörmüz boğazının yenidən açılması enerji böhranının sürətlə başa çatacağı anlamına gəlmir

Associated Press yazır: İran və ABŞ arasında razılaşmanın əldə olunması və Donald Trampın Hörmüz boğazının yenidən açılacağı ilə bağlı açıqlamalarına baxmayaraq, neft istehsalının normal vəziyyətə qayıtması zaman tələb edir və bu proses aylarla davam edə bilər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İrana qarşı müharibənin başa çatdırılması və Hörmüz boğazının açılması ilə bağlı razılaşmaya baxmayaraq, neft və benzinin yüksək qiymətləri, eləcə də enerji təchizatı problemləri bir gecədə aradan qalxmayacaq.

Enerji ekspertlərinin fikrincə, enerji şirkətlərinin fəaliyyətlərini yenidən qlobal tələbat əsasında bərpa etməsi üçün bir neçə ay vaxt lazım olacaq.

Mütəxəssislər hesab edirlər ki, xam neftin daşınması və emalı prosesinin ləng getməsi, həmçinin Hörmüz boğazından keçid təhlükəsizliyi ilə bağlı tərəddüdlər bu su yolunun yenidən açılmasının təsirlərinin dərhal hiss olunmasına mane olacaq.

Associated Press xatırladır ki, neft tankerləri üç aydan artıqdır ki, Fars körfəzində gözləmə vəziyyətindədir və təhlükəsiz keçid imkanından məhrum olublar. Bu su yolu dünya üzrə neft və yanacaq daşımalarının təxminən beşdə birinin həyata keçirildiyi əsas marşrut hesab olunur.

S&P Global Energy şirkətində yanacaq və neft emalı üzrə qlobal tədqiqatlar rəhbəri Daniel Evans bildirib: “İnsanların yenidən özlərini təhlükəsiz hiss etməsi və sığorta təminatlarının bərpa olunması vaxt aparacaq. Xüsusilə də əməliyyat qruplarının bəzi obyektləri yenidən işə salması üçün müəyyən müddət tələb olunur.”

Sizin rəyiniz

You are replying to: .
captcha