15 iyun 2026 - 18:58
Source: IRNA
Tramp məğlub oldu / Pakistan İran və ABŞ arasında sülh razılaşmasının əldə olunduğunu açıqlayıb

Pakistanın Baş naziri Şahbaz Şərif İran və ABŞ arasında sülh razılaşmasının əldə olunduğunu bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şahbaz Şərif X sosial şəbəkəsindəki hesabında yazıb: “Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında sülh razılaşması əldə olunub.”

O əlavə edib: Tərəflər Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını elan ediblər.

Şahbaz Şərif bildirib: Bu razılaşmanın rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.

O qeyd edib: Bu həftə razılaşmanın icrasına hazırlıq və texniki danışıqlar üçün bir sıra iclaslar keçiriləcək.

Sizin rəyiniz

You are replying to: .
captcha