8 iyun 2026 - 20:30
ƏnsarAllah Tələvivi raketlə vuraraq bildirdi: İsrailin Qırmızı dənizdə gəmiçilik etməsi qadağandır

ƏnsarAllah Tələvivi raketlə vuraraq bildirdi: İsrailin Qırmızı dənizdə gəmiçilik etməsi qadağandır

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Silahlı Qüvvələrinin sözçüsü Təl-Əvivə raket hücumu elan edərkən sionist rejimin Qırmızı dənizdə gəmiçilik etməsinin tamamilə qadağan olduğunu vurğuladı.

Yəhya Səri açıqlamasında belə deyib: " Amerika və sionist təcavüzlərinə qarşı mübarizə çərçivəsində, Yeni Qərbi Asiya adı altında Böyük İsrailin qurulmasına əsaslanan sionist layihəsinə qarşı çıxaraq, düşmən Amerikanın xalqımıza, Livan, Qəzza və İrandakı əziz və azad xalqlara qarşı qəddar mühasirəsini qırmaq üçün, həmçinin döyüş meydanlarının birliyi, düşmənlə üzləşmək və sionist rejimin İran, Fələstin, Livan, İraq və Yəməndə cihad və müqavimət cəbhəsinə qarşı təcavüzünə cavab vermək çərçivəsində Yəmən silahlı qüvvələri Təl-Əvivdəki düşmən İsrailin həssas hədəflərini bir neçə raketlə hədəfə alıb."

Bəyanatda hücumun dəqiqliklə həyata keçirildiyi və məqsədləri darmadağın etdiyi bildirilib.

Sizin rəyiniz

You are replying to: .
captcha