Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məsud Pezeşkian Tehran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasında tacirlər, iş adamları və özəl sektorun iqtisadi fəalları ilə keçirilən ixtisaslaşmış iclasda iştirak edib.
Görüşdə xüsusilə müharibə şəraiti və xarici iqtisadi təzyiqlərdən qaynaqlanan vəziyyətdə ölkənin ticarət və biznes sahəsində qarşıda duran məsələlər, narahatlıqlar və çətinliklər müzakirə olunub.
O, hökumətin iqtisadi fəalların qarşılaşdığı valyuta, bank, gömrük və vergi maneələrinin aradan qaldırılması və proseslərin islahı üçün hazır olduğunu bildirib.
Prezident iqtisadi fəalların fikir və tələblərini dinlədikdən sonra mövcud problemlərin araşdırılması və aradan qaldırılması üçün aidiyyəti icra qurumlarına zəruri göstərişlər verib.
Pezeşkian bildirib: Bu iqtisadi müharibənin əsas yükü tacirlərin, iş adamlarının, istehsalçıların və özəl sektor fəallarının üzərinə düşür. Hökumət bu sektorun effektiv və davamlı fəaliyyəti üçün lazımi şəraitin yaradılmasında və mövcud maneələrin iqtisadi fəaliyyətlərin yolundan qaldırılmasında qətiyyətlidir ki, ölkənin iqtisadi dayanıqlığı daha da gücləndirilsin.
Sizin rəyiniz