Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist media orqanı Hizbullahın fiber optik dronlarının (FPV) Livanın cənubunda rejim ordu qüvvələrinin hərəkət azadlığını 70% məhdudlaşdırmağa müvəffəq olduğunu etiraf edib.
İsrailin Kan televiziya kanalı elan etdi: "Hizbullahın bomba dronları təhlükəsi səbəbindən həyata keçirilməli olan bəzi planlar, əməliyyatlar və hücum missiyaları ya ləğv ediləcək, ya da təxirə salınacaq."
Kanalın məlumatına görə, İsrail ordusu daxilində son müzakirələr zamanı əldə edilən məlumatlar və son qiymətləndirmələr göstərir ki, "bomba dronları (FPV) ordunun Livanın cənubundakı hərəkət azadlığına əhəmiyyətli dərəcədə mənfi təsir göstərib".
Kanal əlavə etdi: İsrail ordusunun qiymətləndirməsi göstərir ki, Hizbullahın bomba yüklü dronları (FPV) "Livanın cənubundakı İsrail qüvvələrinin hərəkət azadlığının təxminən 70 faizini pozub".
Sizin rəyiniz