Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: HƏMAS hərəkatı sionist rejim kabinetinin işğal altındakı Qüdsün Şeyx Cərrah məhəlləsində yerləşən Fələstinli qaçqınlara yardım və məşğulluq agentliyinin binasının təyinatını dəyişdirmək qərarına sərt reaksiya bildirib.
HAMAS bu işğalçı addımı yəhudiləşdirmə prosesinin bir hissəsi adlandırıb və beynəlxalq ictimaiyyəti qəti reaksiya verməyə çağırıb.
Bildirilib ki, bu addım “Fələstin torpaqlarının yəhudiləşdirilməsi və müstəmləkələşdirilməsi” layihəsi çərçivəsində həyata keçirilir və sionist rejimin Fələstin ərazilərinin coğrafi və siyasi kimliyini dəyişdirməyə yönəlmiş daha geniş siyasətinin bir hissəsidir.
Sizin rəyiniz