9 may 2026 - 22:53
Source: IRNA
İsrail məğlubiyyətini anlayıb İranla müharibəni yenidən başlatmağa cəhd edir

İsrail məğlubiyyətini anlayıb İranla müharibəni yenidən başlatmağa cəhd edir

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist rejimin "12-ci Kanal" televiziyası xəbər verib ki, - Sionist mənbələr Tel-Əvivin İran-ABŞ danışıqlarının nəticələri ilə bağlı narahatlıqlarına baxmayaraq, Vaşinqtona birbaşa mesajlar göndərməklə ABŞ-ı İrana qarşı müharibəyə qayıtmağa inandırmağa çalışdığını, lakin Trampın gərginliyi azaltmaq istədiyini açıqlayıb.

Son hadisələrdən və Hörmüz boğazında baş verən atışmadan sonra İsrail rejimi tam hazırlıq vəziyyətindədir və eyni zamanda ABŞ-nin İrana qarşı müharibəyə qayıtması üçün ona siyasi təzyiqini artırıb.

Belə ki, Tel-Əviv Tehran və Vaşinqton arasında mümkün razılaşmanın "İsrailin ziyanına" olacağından narahatdır və bu səbəbdən son günlərdə ABŞ hökumətinə çoxsaylı mesajlar göndərib.

Həmçinin, "Yedioth Ahronoth" qəzeti İsrail təhlükəsizlik qurumlarının əksəriyyətinin İranın dəniz blokadasını davam etdirmək istədiyini və Tehranla Vaşinqton arasında mümkün olan hər hansı bir razılaşmanın "İsrailin ziyanına" olacağına inandığını bildirib. Bu narazılıq rəsmi olaraq amerikalılara çatdırılıb.

Sizin rəyiniz

You are replying to: .
captcha